“Biz bu Zəfəri uzun illərdən bəri arzulamışdıq” - Rufiz Qonaqov

10:36 04.12.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

 “Azərbaycanın rəşadətli ordusunun Qarabağda Ermənistan ordusu üzərində möhtəşəm qələbəsi Zəfər Gününü reallaşdırdı. Biz bu Zəfəri uzun illərdən bəri arzulamışdıq.  Azərbaycan Prezidenti cənab İlham Əliyevin baş komandanlığı ilə Azərbaycan Ordusu şanlı qələbə çaldı, ərazi bütövlüyümüzü təmin etdik. Buna görə də cənab Prezidentin bu sərəncamı tərəfimizdən çox böyük ruh yüksəkliyi ilə alqışlanır. Biz Vətən uğrunda şəhid olan oğullarımızı da unutmayacaq”.

Bunu hafta.az-a politoloq Rufiz Qonaqov Vətən müharibəsi qələbəsinin əbədiləşdirilməsi məqsədilə 8 noyabrın Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi və dekabrın 4-nün matəm günü kimi qeyd olunması ilə bağlı şərhində bildirib.

Politoloq bildirib ki, Prezidentin bu sərəncamları Azərbaycan xalqı tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Eyni zamanda bütün insanları sevindirir ki, artıq Azərbaycanda bu niskilə son qoyuldu.

“Bu günə qədər biz yalnız ərazilərimizin, torpaqlarımızın işğal günlərini yada salırdıqsa, bu gündən sonra Zəfər günlərini qeyd edəcəyik. Bundan sonra ərazi bütövlüyümüzün təmin olunması günlərini qeyd edəcəyik”.

R.Qonaqov rəsmi statistikaya əsasən Vətən Müharibəsində 2783 şəhidimizin olmasına diqqət çəkib. O bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda 1-ci Qarabağ müharibəsində canlarından keçən şəhidlərimiz var və hər biri böyük ehtiramla anılacaq. Eləcə də, bildirib ki, Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla anılması və 27 sentyabrın hər il anım günü kimi qeyd edilməsi gözlənilirdi.

“Bİz bilirdik ki, müharibə itkisiz olmayacaq. Amma bizim bu şəhidlərin qanı yerdə qalmadı. Biz 44 günlük müharibədə biz 30 ilə yaxın gözlədiyimiz qələbəni qazandıq. Biz sabah dekabrın 4-nü həm də bir niskillə qeyd edəcəyik. Eyni zamanda qürurla deyə biləcəyik ki, bütün şəhidlərimizin ruhu şad olacaq. Ona görə ki biz qalibik. Biz qalib ölkənin qalib vətəndaşlarıyıq. Biz şəhidlərimizi daim anacağıq, yaralılarımızın qayğısına qalıb, onlara diqqətli davranacağıq. Bu günəri ruh yükskliyi qarşılayacağıq”.

Politoloq  bildirib ki, artıq Azərbaycan Ordusu, diplomatiyası torpaqların azadlığı uğrunda əldə etdiyi qələbənin üçüncü mərhələsini yaşayır. Onun sözlərinə görə, regionda sülhməramlı qüvvələrin olması ilə bağlı mövcud məhdudiyyətlər və ermənilərin ərazilərimizdə qalması ilə əlaqədar ortaya çıxan şübhəli ehtimallara ehtiyac yoxdur.

“Belə şübhələrə ehtiyac yoxdur. Çünki biz 44 günlük müharibədə işğal altında qalan ərazilərimizi azad etmişik. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və digər rayonlarımız da Azərbaycanın dövlət sərhədləri, suverenliyi daxilindədir. Narahatlıq yalnız ermənilərlə birgə yaşayışla bağlı ola bilər. Burda hər hansı statusdan söz gedə bilməz. Kim Azərbaycan qanunlarına hörmətlə yanaşacaqsa, o da Qarabağda Azərbaycan vətəndaşı olaraq yaşaya biləcək. Dağlıq Qarabağ münaqişəsi artıq mövcud deyil.  Biz müvəqqəti olaraq Laçından ermənilərə karidor vermişik. Qarabağda erməni silahlı qüvvələri qala bilməz. Əgər Prezident deyirsə ki, müharibəyə son qoyuldu, demək ki, heç bir şübhəyə də ehtiyac yoxdur. Artıq köçkünlərimizin qayıdışı təmin olunmalıdır. Rayonlarımız bərpa olunub, əhali geriyə qayıdandan sonra bu şübhələr də aradan qalxacaq. Ermənistan bu müharibədə elə bir zərbə aldı ki, uzun zaman özünə gələ bilməyəcək. Azərbycan üçün həm də müsbət hal odur ki, Türkiyə Ordusu monotorinq qrupunda var və bu da bizə narahat olmağa əsas vermir. Eyni  zamanda Azərbaycan Ordusu kifayət qədər güclüdür və özünün suvereniyini qorumaq iqtidarındadır. Ona görə də burda heç bir şübhəyə ehtiyac yoxdur”.

 

Oxunma sayı 503
Siyasət rubrikasından digər xəbərlər