Düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur - Vaqif Dərgahlı

16:06 16.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin “ölən və yaralananların götürülməsinə icazə verəcəkləri barədə” dediklərinə cavab olaraq bildirib.

V.Dərgahlı deyib ki, erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur:

"Bildiririk ki, düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin".

Oxunma sayı 408
Gündəm rubrikasından digər xəbərlər