“Əhalinin koronavirusla bağlı məlumatlandırılması, maddi və psixoloji yardımların göstərilməsi”adlı layihənin icrasına başlanılıb

19:22 08.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

”Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əhalinin koronavirus pandemiyası barədə məlumatlandırılması,maddi və psixoloji yardımların göstərilməsi ”adlı layihənin icrasına başlanılıb.

Layihənin rəhbəri Elşən Dadaşov “Həftə içi”nə məlumat verərək bildirdi ki, “Layihənin əsas məqsədi cəbhəyani ərazilərdə koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və psixoloji yardımların göstərilməsindən ibarətdir. On un sözlərinə görə ,bu gün təhlükəyə çevrilmiş “COVİD-19” koronavirus bəlası bəşəri bir bəla olaraq cəmiyyəti öz cənginə alıb: “Hazırda Azərbaycan cəmiyyətinin qarşılaşdığı və artıq, içərisində olduğumuz təhlükənin yarada biləcəyi fəsadları aradan qaldirmaq ucun təşkilat olaraq öz töhfəmizi verməyi qərara almışıq. Əhalinin “COVİD-19” virusu və onun fəsadları ilə bağlı maariflənməsinin xəstəliyin azalmsında rolunu olacağına inanırıq. Layihə çərçivəsində əhali xəstəliklə bağlı məlumat alacaq həm də ehtiyacı olanlara psixoloji yardım göstəriləcək. Sosial durumu aşağı olan insanlara ərzaq və gigienik vasitələr(sabun,paraşok və s) veriləcək. Psixoloq layihə müddətində müraciət edənlərə xidmət göstərəcək. Layihənin həyata keçiriləcəyi ərazilərdə insanların bu virusla bağlı məlumatlılığı artacaq,bu da onların qaydalara əməl etməsində böyük rol oynayacaq və əhalinin yoluxmasının qarşısı alınacaq. Hal-hazırda layihənin hazırlıq mərhəsindəyik.Layihə 3 ay müddətində Ağdam rayonunda həyata keçiriləcək”.

Oxunma sayı 1014
rubrikasından digər xəbərlər