Əli Əsədov ukraynalı həmkarına başsağlığı verdi

16:18 26.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Ukraynanın Baş Naziri Denis Şmıqala başsağlığı məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Baş Nazir məktubda bildirib ki, Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri onu olduqca kədərləndirib.

Ə. Əsədov bu faciə ilə əlaqədar Ukraynanın Baş Nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. 

Oxunma sayı 362
Siyasət rubrikasından digər xəbərlər