Milli Məclisin sədri parlamentin inzibati binasına dəyən ziyanla tanış olub - FOTO

16:21 15.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Ceyhun Əliyev ötən gecə parlamentdə baş verən hadisələrlə bağlı jurnalistlərə açıqlama verib.

Hafta.az xəbər verir ki, açıqlamada bildirib ki, vətəndaşların bir qismi qanunsuz olaraq Milli Məclisin inzibati binasına daxil olub və bəzi dağıntılar törədib. Daha sonra polis onlara binanı tərk etmək üçün çağırış edib və binadan çıxarılıblar.

“Yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova dərhal yaranmış vəziyyətlə yerində tanış olub və yaranmış vəziyyətdə fəsadların aradan qaldırılması üçün tapşırıq verib”.

Oxunma sayı 889
Siyasət rubrikasından digər xəbərlər