"ГАЗел" markalı yük avtomobili yanıb

17:33 30.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində "ГАЗел" markalı yük avtomobilinin yanar hissələri yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 3456