"5 yaşlı Səccadın valideynləri maddi yardımdan imtina etdilər" - Aydın Mirzəzadə 

12:48 26.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Dünən Bakı Sağlamlıq Mərkəzinə gedib Mingəçevirdə ağır avtomobil qəzasına düçar olmuş və təcili gətirilərək bu tibb mərkəzinə yerləşdirimiş beş yaşlı Səccad Məmmədlinin vəziyyəti ilə maraqlandım. Səccad reanimasiyadadır". Bunu hafta.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, o, uşağın müalicə həkimi ilə söhbət edib: "Uşağın başdan zədəsi yoxdur. Ağ ciyərlə və bir neçə zədəsi ilə bağlı müalicəsi aparılır, uşaq ciddi nəzarətdədir. Müalicə tibbi sığorta hesabına aparılır. Səccadın valideynləri və qohumları ilə söhbət etdim. Həkimlə söhbətimi onlara danışdım, onları dinlədim. Onlara maddi yardım təklif etsəm də imtina etdilər. Uşaqla vaxtaşırı maraqlanacayam".

Oxunma sayı 214
Sosial rubrikasından digər xəbərlər