"İnsanlıq biliyi və texnologiyası ilə bu bəlanın öhdəsindən gələcək" - Kasım-Jomart Tokayev

14:42 29.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu gün İnformburo.kz portalında müsahibəsi dərc olunub. Hafta.az-ın yazdığına görə, dövlət başçısı müsahibəyə başlamazdan əvvəl çox böyük təvazökarlıq nümayiş etdirərək deyib ki, mətbuatda yazılanlar, xüsusilə sosial şəbəkələrdə müzakirə olunan məsələlər, Qazaxıstan ictimaiyyətinin cavab almaq istədiyi çoxlu sualların olduğunu göstərir və bu səbəbdən də mediaya çıxmağı özünə borc bilib.

Dövlət başçısına ünvanlanan ilk sual Cambul vilayətinin Korday rayonunda etnik zəmində baş verən kütləvi qarşıdurmalarla bağlı olub. Müxbir soruşub ki, bu cür faciəvi hadisələrin təkrarlanmaması üçün dövlət nə edəcək. Cavabı maraqlıdır:

- Sabah – martın 1-də həmin vilayətə işgüzar səfərə çıxacağam. Xüsusilə də, qazaxlarların və dunganların birlikdə yaşadığı Korday bölgəsində olacağam. Oradakı kəndlərə çağ çəkib, sakinləri tək-tək dinləməyə çalışacağam. Aydındır ki, millətlərarası məsələyə münasibətimizi, baxışlarımızı nəzərdən keçirməliyik. Qazaxıstan dostluq və harmoniya ərazisi olub və gələcəkdə də belə olacaq. Şüarımızın əsasında müxtəliflik, birlik dayanır. Bu ölkədə yaşayan bütün xalqlar, etnik qruplar, əslində vahid millətdir. Bizi xaricdə "qazaxlar" kimi tanıyırlar, çünki bu söz dövlətimizin adından səslənir. Əlbətdə, Qazaxıstanda daimi yaşayan hər bir etnik qrupun kimliyini qoruyub-saxlmasına dair sual ola bilməz. Onların hamısı öz dillərini öyrənmək və danışmaq, mədəniyyətləri, məişətlərini inkişaf etdirmək, adət-ənənələrinə riayət etmək hüququna malikdirlər və hər zaman da olacaqlar. Bununla yanaşı, qazax dili gələcəkdə həqiqətən xalqlararası ünsiyyət dilinə çevriləcək. Dünya elmində və mədəniyyətində biliklərimizə yol açan rus dilinin tarixi əhəmiyyəti də böyükdür.

- Qazaxıstan vətəndaşları, dünyanın bütün ölkələrində olduğu kimi, yeni bir koronavirusun yayılması təhlükəsindən həddindən artıq narahatdırlar. Dövlət vətəndaşların sağlamlığını qorumaq üçün nə edir?

- Vəziyyəti nəzarətdə saxlamağa çalışırıq. Təəssüf ki, inkişaf etmiş dövlətlər də daxil olmaqla, heç kim virusun təsirindən qorunmağa tam zəmanət verə bilməz. Lakin vaxtında görülən tədbirlər bu günədək müsbət nəticələr verib. Bu günədək Qazaxıstanda heç bir yoluxma hadisəsi qeydə alınmayıb. Hökumətə vətəndaşlarımızın sağlamlığının qorunması üçün ən qətiyyətli, hərtərəfli tədbirlər görmək tapşırılıb. Ancaq görürsünüz, koronavirus dünyanın hər yerində çox sürətlə yayılır. Bunu nəzərə almaq lazımdır. Tarix göstərir ki, epidemiyalar hakimiyyət və vətəndaşların enerjili hərəkətlərindən "qorxur". Düşünürəm ki, geniş biliyi və müasir texnologiyası ilə insanlıq bu bəlanın öhdəsindən gələcək.

- Bu gün ictimaiyyət mitinqlər haqqında qanun layihəsini diqqətlə öyrənir. Amma bu qanun layihəsindəki bir çox çatışmazlıqlar tənqid edilməkdədir. Bu məsələyə münasibətiniz necədir?

- Müraciətdə dediyim kimi, dinc toplantılar vətəndaşlarımızın konstitusiya ilə təmin olunmuş hüququdur və yerli hakimiyyət orqanları tərəfindən təyin olunan yerlərdə keçirilə bilər. Təbii ki, konstitusiya quruluşuna xələl gətirmək üçün edilən istənilən cəhdin, habelə zorakı ekstremizmin təzahürlərinin qarşısı qanunauyğun şəkildə alınacaq. Bu, Qazaxıstan vətəndaşlarının əksəriyyətinin maraqlarına uyğundur. Eyni zamanda, yalnız dinc aksiyaların keçirilməsi üçün bildiriş prosedurunun tətbiq edilməsini əsaslı hesab edirəm. Əlbətdə, təşkilatçılar, təhlükəsizliyini təmin etmək üçün, son dərəcə vacib olan, planlaşdırılan mitinqə qatılacaq iştirakçıların sayı barədə səlahiyyətlilərə məlumat verməlidirlər. Beləliklə, həm təşkilatçılar, həm də yerli hakimiyyət orqanları asayişin qorunması üçün qarşılıqlı məsuliyyət daşıyacaqlar.

- Bir ay öncə, hökumətin geniştərkibli iclasında, siz ABEU ölkələrindən gətirilən nəqliyyat vasitələrinin qeydiyyatı problemini həll etmək üçün göstəriş verdiniz. Ancaq mövzu yenə də gündəmdədir. Bu problemi həll etmək üçün dövlətin növbəti addımları necə olacaq?

- Razıyam, problem hələ də aktualdır. Bir çox insan bu və ya digər şəkildə qonşu ölkələrdən çox sayda maşın gətirdi. Bundan əlavə, kimlərsə bilərəkdən qanunu pozaraq insanları aldatmaqla məşğul idilər. Ermənistandan maşın alarkən saxtakarlıqlar edilir. Bəzi tərəfdaşlarımızla əməkdaşlıqla bağlı suallar yaranıb. Gələcəkdə belə problemlərin təkrarlanmaması üçün iş aparırıq. Hökümətə, qazaxıstanlı sahibkarların maraqlarını nəzərə alaraq, Ermənistandan gətirilən nəqliyyat vasitələrinin istismarını asanlaşdırmaq üçün əlavə təşkilati tədbirlər proqramı hazırlamaq tapşırılıb.

- Milli İctimai Etibar Şurasının fəaliyyətini necə qiymətləndirirsiniz, tərkibində rotasiya olacaqmı?

- Şura dövlət sistemimizin islahatı üçün faydalı təkliflər hazırlaya biləcək təşkilat olaraq özünü yaxşı tərəfdən göstərdi. Siyasi islahatların ilk paketinə qanunverici müstəvidə baxılır, iqtisadi sahədə çox işlər görülüb. Dövlətimizin qurulmasına töhfə vermək istəyən Şuraya yeni insanlar gəlmək istəyir. Bunlar tanınmış hüquqşünaslar, vətəndaş icmasının fəallarıdır. Buna görə, əvvəlcədən elan etdiyim bir rotasiya tezliklə elan ediləcək.

- Son günlər ictimai fəal Dulat Ağadilin istintaq təcridxanasında ölümünə dair məsələ hər yerdə, hətta xaricdə müzakirə olunur. Paytaxtda etiraz aksiyası keçirilib. İnsanlar hadisənin baş verməsinə dair səsləndirilən rəsmi mülahizələrə şübhə ilə yanaşırlar. Onlar düşünürlər ki, ölümə sərt işgəncələr səbəb olub. Bu vəziyyəti necə şərh edə bilərsiniz?

- Xalqın böyük etirazını nəzərə alaraq bu məsələni diqqətlə araşdırdım. Əminliklə deyə bilərəm ki, çox təəssüf, ictimai fəal Ağadil ürək çatışmazlığı nəticəsində ölüb. Başqa cür demək həqiqətə qarşı gelmək olardı. Mərhum kimliyindən və siyasi baxışlarından asılı olmayaraq, hər şeydən öncə insandır. İnsan həyatı bənzərsiz və qiymətlidir. Hamımız Uca Tanrının iradəsinə itaət edirik.  

- Muxtar Cakişevlə bağlı vəziyyət barədə nə deyə bilərsiniz?

- Bu məsələ yalnız məhkəmənin səlahiyyətinə aiddir. Əlbətdə, bilirəm ki, Cakişev tibbi sağlamlığının qaydasında olmadığını əsas gətirərək dəfələrlə şərti cəza verilməsini istəyib. Martın 3-də məhkəmə iclası olacaq. Əminəm ki, ədalətli hökm veriləcək.