"Azərbaycan dövləti vaxtında çox düzgün addımlar atmağı bacardı"- Millət vəkili

11:14 07.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ölkəni cənginə alan koronavirus pandemiyasını dayandırmaq hələ ki, mümkün deyil. Dünyada hər gün minlərlə insan bu virusun qurbanı olur. Lakin Azərbaycan hökuməti bütün gücü ilə səfərbər olub. Xəstəxanalar inşa olunur, vətəndaşlara pulsuz yardımlar edilir. Dövlət başçısı da şəxsən özü bu məsələyə xüsusi diqqət göstərir. 

Koronavirusla mübarizədə dövlət dəstəyi, vaxtında düzgün atılmış qərarlar, planlanmış strategiya haqqında hafta.az-a danışan millət vəkili Musa Quliyev dedi ki, Azərbaycan dövləti vaxtında çox düzgün addımlar atmağı bacardı:

“Hazırda ölkədə ciddi karantin rejimi hökm sürür və hər şey hökumətin nəzarəti altındadır. Dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizədə Azərbaycan ən optimal və effektli tədbirlər görən ölkələr sırasındadır. Prezident İlham Əliyev koronavirus infeksiyası aşkar olunan ilk gündən vəziyyəti öz nəzarətinə götürmüş, gömrük-keçid rejimi, xaricdəki vətəndaşlarımızın təxliyəsi, Baş Nazirin rəhbərlik etdiyi 24 saat ərzində fəaliyyət göstərən Operativ Qərargahın yaradılması, diaqnostik laboratoriyaların, tibbi yardım ləvazimatlarının və dərman vasitələrinin, o cümlədən, profilaktik yardım vasitələrinin alınıb gətirilməsi tədbirləri haqqında ardıcıl göstəriş və tapşırıqlar vermişdir. Biz sərt karantin rejimindən yumşaq rejimə keçmişik. Bəzi bölgələrdə, hətta, karantin rejimindən tam çıxılıb. Lakin, vətəndaşlarımızın sosial tələbləri gözləməməsi, sosial məsafə, sosial təcrid və izolyasiya qaydalarına riayət etməməsi, həmçinin mühafizə vasitələrindən istifadə edilməməsi, o cümlədən, küçədə və ictimai yerlərdə, nəqliyyat vasitələrində qoruyucu maskalardan, əlcəklərdən istifadə edilməməsi, əllərin vaxtında dezinfeksiya olunmaması son günlər yoluxmaların atmasına səbəb olub. Bu da bizim hər birimizi ciddi şəkildə narahat edir”.

Oxunma sayı 1696