"Azərbaycan vətəndaşları ordumuza hər an dəstək verməyə hazırdırlar" - Prezident

15:15 27.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza hər an dəstək verməyə hazırdırlar".

Hafta.az xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu fikirləri Təhlükəsizlik Şurasının iclasında səsləndirib.

Dövlət başçısı bildirib: "Bu gün səhər Azərbaycana qarşı edilən hücumun planlaşdırılmış hərbi təxribat olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan bizim mövqelərimiz atəşə tutuldu və eyni zamanda, yaşayış məntəqələrimiz, kəndlərimiz atəşə tutuldu. Mülki əhali arasında, qeyd etdiyim kimi, itkilərimiz var. Bu, bir daha Ermənistan faşizminin eybəcər sifətini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist dövlətlərə aid ola bilər və bu, birinci dəfə deyil - Tovuz hadisələri, ondan sonra digər hadisələr. Xocalı soyqırımı erməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşı törədilmişdir və bu dəfə də Ermənistanın əsas hədəfi bizim yaşayış məntəqələrimizdir. Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti arasında, Azərbaycan vətəndaşları arasında cəbhə boyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın, panika yaransın. Bu gün səhər mən bütün cəhbəboyu bölgələrdən məlumat almışam. Tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir və ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər".

Oxunma sayı 350