"Azərsu"ASC-nin idarə rəisi koronavirusdan öldü

15:58 08.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin idarə rəisi COVİD-19 virusundan dünyasını dəyişib.

Bu barədə hafta.az-a qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirus infeksiyasından dünyasını dəyişib: "Qorxmaz Abbasovun yaşı 60-dan yuxarı olduğu üçün o pandemiya ilə əlaqədar məzuniyyətdə idi. Məzuniyyətdə olduğu dövrdə bu virusa yoluxub və dünyasını dəyişib".

Oxunma sayı 1902
Sosial rubrikasından digər xəbərlər