"Beşiktaş"ın futbolçusu İngiltərə klubunun hədəfində

17:01 26.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Beşiktaş"ın müdafiəçisi Domaqoy Vida yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Hafta.az sportal.az-a istinadən xəbər verir ki, xorvat futbolçu "Vest Hem"in transfer hədəfindədir. London təmsilçisinin mövsümün sonunda İstanbul klubu ilə danışıqlar aparacağıq gözlənilir.

Maliyyə problemləri yaşayan "qara qartallar"ın 30 yaşlı futbolçunu satmağa hazır olduğu bildirilir. Vida 2018-ci ildə Kiyev "Dinamo"sundan "Beşiktaş"a keçib.