"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

16:43 26.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" verilişinin mayın 27-na nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

Hafta.az Təhsil Nazirliyinə istinadən məlumat verir ki, nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

Oxunma sayı 2462