"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salındı

15:19 23.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.

Hafta.az xəbər verir ki, bu barədə "Formula-1"in rəsmi "Twitter" səhifəsində paylaşım edilib.

Qeyd edilib ki, iyun ayında keçirilməsi nəzərdə tutulan Azərbaycan Qran-prisi koronavirus səbəbilə keçirilməyəcək.

Qeyd edək ki, Bakının ev sahibliyi edəcəyi yarışın 5-7 iyun 2020-ci il tarixlərində baş tutacağı bildirilirdi.

Bundan əvvəl Qran-prinin 7 mərhələsi təxirə salınıb.

Oxunma sayı 109