"Haramları olsun Azərbaycanın hər il ATƏT-ə ödədiyi üzvlük haqqı" - POLİTOLOQDAN HƏMSƏDRLƏRƏ AĞIR İTTİHAM

10:50 13.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstəriblər.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub. 

Hafta.az-a cəbhədəki gərginliyi şərh edən politoloq Nəzakət Məmmədova dedi ki, cəbhədə gərginlik yaranır, ATƏT-in isə səsi çıxmır:

"Bu boyda atışma, həngamə baş verir, insanlar ölür. Halbuki, cəbhədə hər ölüm hadisəsi diqqətlə araşdırılmalıdır. Çünki insan həyatı itirilib. Ermənistanı qınayan bir bəyanat verməyə canları çıxır. Haramları olsun Azərbaycanın hər il ora ödədiyi üzvlük haqqı. Üstəlik, bizim pulumuz hesabına çox yüksək maaş alır, 5 ulduzlu otellərdə kef eləyir, Şuşada quzu kababı yeyib erməni konyakı içirlər. Minsk qrupunun buraxılmasını tələb etmək lazımdır. Münaqişənin həllinin başqa mexanizmləri tapılmalıdır. İndiki halda ən realı isə müharibədir".

Oxunma sayı 1707
Siyasət rubrikasından digər xəbərlər