"Hindistan 123 ölkəni dərman preparatları ilə təmin edib" - Baş nazir

14:35 11.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Baş nazir Narendra Modi xalqa müraciətində COVID-19 böhranının fürsətə çevirməyin vacib olduğunu vurğulayıb və özünə güvənən Hindistan qurmaq istəyini bir daha təsdiqləyib".

Bi fikirlər Hindistanın ölkəmizdəki səfirliyindən Hafta.az-a daxil olan məlumatda deyilir. Bildirilir ki, Hindistan peyvəndlər, plazma terapiyası, dərman müalicəsi, COVİD-19 pandemiyası üçün ehtiyac duyulan tibbi cihazlar üzərində işləyir. Hindistan şirkətləri - Bharat Biotech və Zydus Cadila tərəfindən hazırlanmış COVAXİN və ZyCov-D adlı iki yerli inkişaf etdirilmiş COVİD-19 peyvəndi bu ay 1-ci və 2-ci mərhələlərinin sınaqlarından keçirilməsi üçün təsdiqlənib. "Hindistan 123-dən çox ölkəni zəruri dərman preparatları ilə təmin edib və Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatının (SAARC) COVID-19 fondunu yaradıb və eyni zamanda COVID-19 pandemiyasının tədqiqatı və inkişafı üzrə, həmçinin tibbi məhsullar, əsas məhsulların ticarəti, məlumat mübadiləsi də daxil olmaqla bir sıra istiqamətlərdə qlobal miqyasda tərəfdaşdır", - məlumatda deyilir.

Qeyd olunur ki, biznes və investisiya yönümlü artımı təşviq etmək, investisiya və ticarət islahatlarına imkan yaratmaq və minerallar, müdafiə, kosmos, atom enerjisi, mülki aviasiya, kömür və kənd təsərrüfatı sahələri üzrə bir investisiya məkanı olaraq Hindistanın öz qapılarını açması istiqamətində bir sıra meyarlar qəbul edilib. "Özünə güvən" ideyası beş sütun hesab edilən iqtisadiyyat, infrastruktur, sistem, demoqrafiya və tələb meyarına əsaslanaraq iqtisadiyyat yönümlü qloballaşmaya qarşı insan yönümlü qloballaşmanın davam edən diskussiyası ilə əlaqədar inkişaf edib. İnvestisiyaların cəlb edilməsi məqsədilə təqribən 265 milyard dollar dəyərində büdcə Hindistanın ticarət və investisiya üçün ideal bir məkan olması istiqamətində ayrılıb və sürətli investisiya qoyuluşu üçün bir çox siyasi islahatları aparılır.

Məlumatda daha sonda qeyd olunur: "Fermerlər üçün kənd təsərrüfatı məhsullarını birbaşa istehlakçıya satan satış infrastrukturu fondunun yaradılması, taxıl, yeməli yağlar, paxlalılar, soğan və kartof ilə bağlı məhdudlaşdırıcı şərtləri azaltmaqla və ehtiyat limitini aradan qaldırmaqla zəruri məhsullar üzrə Aktda dəyişikliklərin edilməsi; fermerlərin məhsullarını sata bilməsi üçün kənd təsərrüfatı üzrə satış islahatları; kənd təsərrüfatı məhsulları ilə maneəsiz ştatlararası ticarətin həyata keçirilməsinə icazə verilməsi və fermerlərin məhsulçular, aqreqatorlar, iri pərakəndə satıcılar və ixracatçılarla birbaşa əlaqələrini asanlaşdırmaq üçün müqavilə əkinçiliyinin hüquqi bazasını təmin etmək kimi müxtəlif meyarların qəbul edilməsi ilə kənd təsərrüfatı sektoruna təkan verildi".

Özəl sektora investisiya qoyuluşunun təşviq edilməsi, KOBİ-lərin, biznesin asanlaşdırılmasının artırılması, yeni bir dövlət sektoru müəssisə siyasəti, Hindistan Ehtiyat Bankı tərəfindən müxtəlif sektorların likvidliyini artırmaq və kredit və dövriyyə kapitalı xərclərini azaltmaq və dövlət səviyyəsində islahatların stimullaşdırılması üçün yardım tədbirləri kimi bir neçə təşəbbüs elan olundu. Digər vacib siyasət qərarı, tibbi izotopların istehsalı üçün kosmik fəaliyyətlərdə və Atom Enerjisindəki Dövlət Şəxsi Tərəfdaşlığında (PPP) fərdi iştiraka icazə vermək və qidaların qorunması üçün şüalanma texnologiyasından istifadə etməkdir. Mülki aviasiya istiqamətində səmərəli idarəetmə yolu ilə Hindistan təyyarə baxımı və təmiri (MRO) üzrə qlobal bir mərkəz olmağa hazırlaşır. Bütün bu proaktiv tədbirlər Hökümətin qeyri-müəyyən vaxtlarda iqtisadi tərəqqiyə nail olmaq istəyini təsdiqləyir.

Oxunma sayı 3406
Dünya rubrikasından digər xəbərlər