"Hindistan qlobal dirçəlişdə aparıcı rol oynayır" - Narendra Modi

16:37 09.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanda "Qlobal Hindistan" həftəsinin açılışı olub.

Hafta.az yazır ki, video-konfrans vasitəsilə açılış mərasiminə qatılan Baş nazir Narendra Modi, Hindistanın qlobal dirçəlişdə aparıcı rol oynayacağını söyləyib. Bildirib ki, bu iki amillə sıx bağlıdır. Birincisi Hindistanlı məharətidir, ikincisi isə Hindistanın islahat və bərpa bacarığıdır. Baş nazir, Hindistanın məharətli qüvvəsinin, xüsusilə də Hindistan texnologiya sənayesi və mütəxəssislərinin verdiyi töhfənin bütün dünyada son dərəcə tanındığını əlavə edib. O, ölkəsini töhfə verməyə can atan talant güc mərkəzi olaraq xarakterizə edib. Bildirib ki, hindistanlılar təbiətən islahatçıdırlar və tarix Hindistanın hər problemin, istər sosial, istərsə də iqtisadi olsun, öhdəsindən gəldiyini göstərib. "Qayğı ilə dirçəliş, rəhmlə dirçəliş, həm ətraf mühit, həm də iqtisadiyyat üçün dayanıqlı dirçəliş", - Baş nazir bildirib.

N.Modi son altı il ərzində əldə olunan ümumi maliyyə daxilolmaları, rekord sayda mənzil və infrastruktur tikintisi, ticarətin asanlaşdırılması, əmtəə və xidmət vergisi də daxil olmaqla geniş vergi islahatları kimi nailiyyətləri sadalayıb. Hökumət başçısı iqtisadi bərpanın göstəricilərinin artıq məğlubedilməz Hindistan ruhunun təsiri ilə görülə biləcəyini söyləyib.

O, bu gün texnologiyanın hökumətin insanlara, o cümlədən milyonlarla insana pulsuz məişət qazı, bank hesablarında nağd pul, pulsuz qida dənli bitkiləri və digər şeylər də daxil olmaqla birbaşa yardım göstərməsinə dəstək olduğunu nəzərə çatdırıb.

Hindistanın dünyanın ən açıq iqtisadiyyatlarından biri olduğunu və bütün transmilli şirkətləri bu ölkədə iş qurmağa dəvət etdiklərini nəzərə çatdıran Baş nazir, Hindistanı çoxlu imkanlar və fürsətlər ölkəsi olaraq xarakterizə edib. Kənd təsərrüfatı sektorunda başladılan müxtəlif islahatları təsvir edən N.Modi, bu sahənin dünya sənayesi üçün çox cəlbedici investisiya fürsəti yaratdığını söyləyib.

Baş nazir son islahatların mikro, kiçik və orta sahibkarlıq sektoruna təkan verdiyini və bu sektorun da böyük sənayeyə töhfə verəcəyini bildirib. 

O,müdafiə və kosmik sektorda da investisiya imkanlarının olduğunu qeyd edib.

Baş nazir, pandemiyanın ölkəsinin əczaçılıq sənayesinin yalnız Hindistan deyil, bütün dünya üçün faydalı olduğunu bir daha göstərdiyini vurğulayıb. Əczaçılıq sənayesi xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün dərmanların qiymətinin azaldılmasında aparıcı rol oynayıb.

Baş nazir, özü-özünü təmin edən Hindistanın istəyinin qapalı və ya dünyaya bağlı olmaq deyil, müstəqil ayaqda duran, özü istehsal edən dövlət olduğunu söyləyib. "Bu islahatlar aparan, icra edən və dəyişən Hindistandır. Bu, yeni iqtisadi imkanlar təklif edən Hindistandır. Bu, inkişafa insan mərkəzli və hərtərəfli yanaşma tətbiq edən Hindistandır. Hindistan hər birinizi gözləyir", - deyə o qeyd etdi.

Baş nazir, Forumun hind klassik musiqisinin gözəlliyini dünyaya çatdıran Pandit Ravi Şankarın anadan olmasının 100 illik yubileyini qeyd etməsindən məmnun olduğunu bildirib. O həmçinin, Namaste-nin salamlaşma forması olaraq qloballaşdığını da vurğulayıb. N.Modi sonda Hindistanın qlobal rifah və firavanlığın təkmilləşdirilməsi üçün əlindən gələni etməyə hazır olduğunu diqqətə çatdırıb.

Oxunma sayı 2679
Dünya rubrikasından digər xəbərlər