"Koronavirusla bağlı ajiotajın olduğu bir vaxtda ölkə başçısının regionlara səfəri cəsarət göstəricisidir"- Əliməmməd Nuriyev

15:52 03.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev şimal-qərb regionlarına səfər edib. Koronavirusa görə dünya ölkələrinin əksəriyyətində sosial və iqtisadi layihələr dayandırıldığı halda Azərbaycanda regionların sosial-iqtisadi inkişafına yönələn layihələrin həyata keçirilməsi barədə fikirlər bildirib. 

Hüquqşünas Əliməmməd Nuriyev hafta.az-a Prezidentin səfərini və regionların sosial-iqtisadi inkişafi barədə fikir bildirərkən dedi ki, dövlət başçısı mütəmadi olaraq ölkənin müxtəlif rayonlarına səfərlər edir, son illərdə bu intensivlik daha da güclənməkdədir: "Çünki aparılan islahatların hansı nəticə verməsi ölkə başçısının xüsusi olaraq diqqətindədir. Bu islahatlar kimə yönəlib? Əlbəttə ki, vətəndaşlara. Vətəndaşlar bu islahatlardan faydalana bilirmi? Onların vəziyyəti yaxşıdırmı? Prezident bu məsələləri bilavasitə ilk mənbədən öyrənir. Xüsusilə, koronavirusla bağlı ajiotajın olduğu bir vaxtda ölkə başçısının regionlara səfəri cəsarət göstəricisidir. Cənab Prezident heç nədən çəkinmədən prosesləri yoxladı. Deməli, İlham Əliyev vətəndaşını düşünür. 

Oxunma sayı 1829