"Liverpul"da yeni müqavilə

12:20 19.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Liverpul" 19 yaşlı futbolçusu Neko Uilyamsla müqavilənin müddətini uzadıb.

Hafta.az goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Qırmızılar"ın öz yetirməsi olan sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Uelsin U-19 yığmasının üzvü olan Uilyams, 2019-cu ilin oktyabrında "Liverpul"un əsas komandasında debüt edib. O, indiyə qədər əsas komandada 11 oyunda iştirak edib.

Oxunma sayı 6622