"Münaqişənin acı nəticələrini beynəlxalq müşahidəçilərin görməsi lazımdır" - Əlcəzair səfiri

18:42 23.11.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzairin ölkəmizdəki səfiri xanım Səlimə Abdelhak Xarici İşlər Nazirliyinin noyabrın 22-də azad edilmiş Füzuli şəhərinə təşkil etdiyi səfərdə iştirak edib.

Hafta.az-ın yazdığına görə, xanım səfir təəssüratlarını bölüşərkən bildirib ki, uzun illər davam edən münaqişənin acı nəticələrini beynəlxalq müşahidəçilərin görməsi lazımdır və bu səbədən də daşı daş üstə qalanmış, dağılmış şəhər öz qapılarını insanların üzünə açıb.

"Beynəlxalq hüququn bərpasından sonra Azərbaycana böyük sənətkarlar bəxş edən Füzuli şəhərini səciyyələndirən sənət və mədəniyyət abidələrinin bərpasının, yenidən qurulmasının, abadlaşdırılmasının və canlandırılmasının vaxtı çatıb", - deyib əlcəzairli diplomat.

Oxunma sayı 1540