"Ölkəmizdə reallaşdırılan tədbirlər bütün dünyada örnək göstərilir" - Cavid Osmanov

16:58 07.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi dünən dövlət başçısı İlham Əliyev onun birinci xanımı Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

Dövlət başçısı çıxış nitqində bildirdi ki, bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır: 

“Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək.Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq”.

Dövlət başçısının “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışındakı çıxışını hafta.az-a şərh edən millət vəkili Cavid Osmanov bildirdi ki, dünyada hökm sürən koronavirus pandemiyasına qarşı Azərbaycan dövləti davamlı, ardıcıl tədbirlər həyata keçirməyə başladı:

“Cənab Prezidentin çox gözəl tapşrıqıları əsasında bütün bu işlər görüldü. Nazirlər Kabineti yanında yaradılmış"Operativ Qərərgah", “Mall”ların və bir sıra ictimai iaşə obiyektlərinin fəaliyyəti dayandırılıması,  eləcə də ictimai nəqliyyatın fəaliyyətində məhdudiyyətlərin qoyulması ən yaxşı qabaqlayıcı tədbirlər planlarından idi. Koronavirus pandemiyasına görə dünyada neft bazarında və bir sıra iqtisadi sahələrdə zərərlər hiss olundu, lakin Azərbaycana elə də ciddi təsir etmədi deyə bilərik. Dövlət başçısının sərəncamı ilə 2.5 milyard manat pul ayrıldı. Bu da insanların sosial probleminin aradan qaldırılması və işsizlikdən əziyyət çəkənlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün xərclənəcəkdir. Prezident və onun xanımı koronavirusla mübarizəyə öz maaşlarını ianə olaraq ayırdılar. Digər insanlar da gücü çatan qədər bu ənənəni davam etdirdilər. Dünyada və eləcə də Azərbaycanda koronavirusla bağlı maska qıtlığı yaranmışdı. Cənab Prezidentin sərəncamı əsasında tez bir zamanda Sumqayıt Kimya Parkında maska istehsalı zavodunun açılışı oldu. Dövlət başçısı və birinci vitse-prezident Mehriban Xanım orada iştirak etdilər. Eyni zamanda Prezident vurğuladı ki, vətəndaşlarımız karantin rejiminə əməl edirlər, bəzi məsuliyyətsiz vətəndaşlarımız da var ki, hələ də bunu dərindən dərk etmirlər. Bir daha cənab Prezident dünənki açılışda ölkəni karantin rejiminə əməl etməyə çağırdı. Dövlət başçısının sərəncamları əsasında reallaşdırılan tədbirlər bütün dünyada örnək kimi göstərilir. Həmin ölkələr də bundan yararlanırlar. Prezident vurğuladı ki, maska istehsalı daxili təlabatı tam ödəyəcək. Postpandemiya dövründə isə maskaların xarici dövlətlərə satılmasını həyata keçirə biləcək”.

Oxunma sayı 335
Sosial rubrikasından digər xəbərlər