"Pula görə bir arayış verib xəstələri Bakıya göndərmək doğru deyil"- Tanınmış həkimdən SƏRT CAVAB

16:03 07.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Karantin rejimi ilə əlaqədar olaraq Bakı şəhərinə giriş-çıxışda məhdudiyyətlər tətbiq olunub. Buna baxmayaraq bəzi vətəndaşlar xəstəxanalardan"tibbi arayış" almaqla Bakıya gələ bilirlər. Rayon mərkəzi xəstəxanalar heç bir yoxlama aparmadan belə arayışları pul müqabilində vətəndaşlara verildiyi iddia edilir.

Elə xəstəliklər vardır ki, o xəstəliklər yerli xəstəxanalarda da müalicə oluna bilir. Belə olduğu təqdirdə "arayışlar"ın verilməsi doğrudurmu?

Bu barədə hafta.az-a danışan həkim Rəşid Mahmudov dedi ki, bu məsələni araşdırmaq polislərin işdir:

"Elə xəstələr ola bilər ki, onları müalicəsi rayon xəstəxanalarında aparıla bilmir. O daha böyük fəsadlara yol aça bilər. Ona görə Bakıya gəlməsi vacibdir. Amma pula görə bir arayış verib Bakıya xəstələri göndərmək doğru deyil". 

Oxunma sayı 292
Sosial rubrikasından digər xəbərlər