"Qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır"- Deputat

12:25 08.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ölkədə koronavirus pandemiyasına qarşı atılan addımlar, dövlət nəzarəti təqdirəlayiqdir. Ölkə başçısı bu virusdan qurtulmaq üçün bütün addımların atılması üçün tapşırıqlar verir. Klinikalar açılır, yoluxmuş xəstələrin müalicəsi üçün gücləndirlimiş tibbi xidmət göstərilir. Karantin qaydalarının pozulmaması üçün polislər yorulmadan çalışırlar. Tibbi personal aylarla öz ailəsini görmədən xəstələrə yardım edirlər. Bütün bunlar birliyin göstəricisidir...

Pandemiyadan qurtulmaq, vətəndaşların karantin qayalara əməl etmələri və hökumətin bu mövzuda siyasəti barədə hafta.az-a danışan millət vəkili Cavid Osmanov dedi ki, koronavirus pandemiyasına görə dünyada neft bazarında və bir sıra iqtisadi sahələrdə zərərlər hiss olundu, lakin Azərbaycana elə də ciddi təsir etmədi deyə bilərik. Dövlət başçısının sərəncamı ilə 2.5 milyard manat pul ayrıldı:

“Bu da insanların sosial probleminin aradan qaldırılması və işsizlikdən əziyyət çəkənlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün xərclənəcəkdir. Prezident və onun xanımı koronavirusla mübarizəyə öz maaşlarını ianə olaraq ayırdılar. Digər insanlar da gücü çatan qədər bu ənənəni davam etdirdilər. Dünyada və eləcə də Azərbaycanda koronavirusla bağlı maska qıtlığı yaranmışdı. Cənab Prezidentin sərəncamı əsasında tez bir zamanda Sumqayıt Kimya Parkında maska istehsalı zavodunun açılışı oldu. Dövlət başçısı və birinci vitse-prezident Mehriban Xanım orada iştirak etdilər. Eyni zamanda Prezident vurğuladı ki, vətəndaşlarımız karantin rejiminə əməl edirlər, bəzi məsuliyyətsiz vətəndaşlarımız da var ki, hələ də bunu dərindən dərk etmirlər. Bir daha cənab Prezident dünənki açılışda ölkəni karantin rejiminə əməl etməyə çağırdı. Dövlət başçısının sərəncamları əsasında reallaşdırılan tədbirlər bütün dünyada örnək kimi göstərilir. Həmin ölkələr də bundan yararlanırlar. Prezident vurğuladı ki, maska istehsalı daxili təlabatı tam ödəyəcək. Postpandemiya dövründə isə maskaların xarici dövlətlərə satılmasını həyata keçirə biləcək. Bu gün də ölkə rəhbərliyinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Bu günə kimi bütün addımlar düzgün istiqamətdə atılıb. Əgər ölkə rəhbərliyi tərəfindən vaxtında düşünülmüş addımlar atılmasaydı, bu gün xəstələrin sayı min yox, bəlkə də on minlərlə ola bilərdi. Artıq bütün dünyada yüz minlərlə insan koronavirusa yoluxub və on minlərlə insan vəfat edib. Bu baxımdan, Azərbaycan dünyanın virusdan ən az zərər çəkən ölkələrindən biridir. Dövlət başçısı tərəfindən verilən tapşırıqlar, vaxtında atılan addımlar nəticəsində Azərbaycan virusun təsirlərini minimallaşdıra bilib. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılması, təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması, böyük ticarət mərkəzlərinin, qonşu ölkələrlə sərhədlərin bağlanması, xarici ölkələrdəki vətəndaşlarımızın mərhələli şəkildə Azərbaycana gətirilməsi virusun yayılmasının qarşısının alınmasında mühüm tədbirlər kimi qiymətləndirilməlidir".

Oxunma sayı 1964
Sosial rubrikasından digər xəbərlər