"Real"ın sabiq futbolçusu narkotik alverinə görə saxlanıldı

14:16 13.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Real"ın sabiq futbolçusu Edvin Konqo İspaniya polisi tərəfindən saxlanılıb.

44 yaşlı keçmiş hücumçu narkotik alveri ilə məşğul olmaqda şübhəli bilinir.

Polis əməliyyat zamanı 10 nəfəri yaxalayıb ki, onlardan biri də Konqodur. Şübhəli şəxslər hazırda nəzarətdədirlər. Yerli polis saxlanılanların kokain alverində iştirakını araşdırır.

Qeyd edək ki, Edvin Konqo 1999-2002-ci illərdə "Real"ın futbolçusu olsa da, icarə əsasında başqa klublarda çıxış edib.

Oxunma sayı 538