"Seroloji testlərin xərcləri dövlət tərəfindən qarşılanacaq" - MÜSAHİBƏ

11:32 20.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bir neçə aydır ki, dünyada yeni növ koronavirus xəstəliyi qlobal problemə çevrilib. Hər gün dünyada bu xəstəlikdən ölən insanların sayı artır. Lakin xəstəliyi yüngül simpitomlarla keçirib sağalanlar da olur ki, heç özlərinin də bundan xəbəri olmur. Bunun üçün seroloji testlərin aparılması lazımdır. Hafta.az-ın seroloji testlərlə bağlı suallarını Mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova cavablandırıb. 

- İlk növbədə istərdik ki, seroloji testlər haqqında məlumat verəsiniz. Bu testlərin aparılmasının üstünlüyü nədədir?

- Bu həftədən etibarən seroloji testlərin aparılması başlayacaq. Seroloji testlərin aparılmasında əsas məqsəd insanların COVİD-19 xəstəliyini keçirib-keçirməməsi və immunitetin formalaşmasını öyrənmək üçündür. Bu analizlər bir çox ölkələrdə aparılır. Biz də istəyirik ki, təsadüfi seçim nəticəsində vətəndaşlar arasında bu analizi aparaq. İnsanlar üçün maraqlıdır ki, koronavirus xəstəliyini keçiribsə, təkrar o xəstəliyi keçirə bilərmi. Bu testlər nəticəsində virusa qarşı anticisimlərin formalaşmasını bilmək olacaq. Seroloji test  infeksiya və qan yolu ilə yayılan hepatit kimi xəstəliklərdən şübhələndikdə tətbiq olunan qan testidir. Seroloji analizin məqsədi virus, bakteriya və parazit kimi bir sıra mikroorqanizmlərə qarşı bədənin hazırladığı antikorların var olub-olmadığını  müəyyənləşdirməkdir. 

- Bəzi mütəxəssislər qeyd edir ki, qrip virusları daha çox payız aylarında yayıldığı üçün, bu testləri noyabr-dekabr aylarında aparılmalıdır.

- Bu analizlərin tez tətbiq oluna bilməsi və qısa müddətdə nəticə verməsi seroloji testlərin əsas üstünlüklərindəndir. Belə ki, bir virusun müəyyənləşdirilməsində digər testlərin nəticələri həftələr sonra çıxdığı halda, seroloji test bir neçə saata nəticə verir. Test nəticəsində əldə edilən məlumatlara əsasən, antikorların və mikrobların antigenləri və quruluşu analiz edilir. Araşdırmaların nəticəsinə uyğun olaraq isə xəstəliyin diaqnozu qoyulur və ehtiyac yaranarsa müalicə üsulu göstərilir.

- COVİD-19-la mübarizədə, eləcə də digər viruslara qarşı seroloji testlərdən başqa hansı testlər aparılır?

- Azərbaycanda daha öncə COVID-19-la bağlı PSR testləri icra olunurdu. Bu analizlər birdəfəlik nəticə verirdi, aktiv, hazırda bədəndə bu virusun olub-olmadığını müəyyənləşdirirdi, virusun təyini üçün aparılırdı. Seroloji testlər isə tam fərqli test üsuludur. Koronavirus yoluxduğu zaman 80 faiz insanlarda yüngül simpitomlarla müşahidə olunur və xəstənin bundan xəbəri olmur. Bu testlər virusu keçirib-keçirməməyimiz, orqanizmin qarşılaşıb-qarşılaşmaması və bədəndə virusa qarşı immunitetin formalaşması barədə məlumat verir.

- Dediniz ki, testlər təsadüfü seçim nəticəsində aparılacaq, təsadüfi seçim necə aparılacaq, nə qədər vətəndaşı əhatə edəcək?

- Testlərin təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük  prinsipinə əsaslanaraq ilkin olaraq 1500 nəfər üzərində aparılması nəzərdə tutulur. İlkin mərhələdə tədqiqatların Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılması planlaşdırılır. Tədqiqatlar dövlət tərəfindən alınaraq ölkəyə gətirilmiş Almaniyanın “EUROIMMUN” şirkətinin istehsalı olan reaktivlərlə aparılacaqdır. İlk növbədə çağrı mərkəzlərindən təsadüfi seçilmiş şəxslərə zəng ediləcək. Bu zaman həmin şəxslər razı olarsa, onun evinə qeydiyyatda olduğu ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş tibb bacısı yaxınlaşacaq, onlardan 3-5 ml qan nümunəsi alacaqlar.

- Vətəndaşlar üçün maraqlıdır ki, bu testlər ödənişli olacağmı?

-  Xeyr, testlər ödənişsiz olacaq. Bu testlərin hamısı təmənnasızdır və xərclər dövlət tərəfindən qarşılanacaq. Analiz zamanı vətəndaş istəsə, qanın ümumi analizi(QÜA) də ödənişsiz icra olunacaq. Eyni zamanda, istəkdən asılı olaraq, həmin şəxslərə qanın ümumi analizi də ödənişsiz şəkildə həyata keçirilə bilər. Bu testlərin hamısı təmənnasızdır və xərclər dövlət tərəfindən qarşılanacaqdır. Analiz zamanı vətəndaş istəsə, qanın ümumi analizi də ödənişsiz icra olunacaq. Analizlər alındıqdan sonra laboratoriyalara göndəriləcək. Nəticə əldə edildikdən sonra maksimum 2-3 gün ərzində vətəndaşlara məlumat veriləcək.

- Testlərin aparılması hansı yaş qruplarını əhatə edəcək?

- Testlər 18-65 yaş qrupunda olan şəxslər arasında aparılacaq. Bu şəxslər təsadüfi seçilənlər olacaqlar. 1-10 yaş arası uşaqlarda immunitetin formalaşması daha gec olur. Onlarda analiz daha çox neqativ nəticə verir. 65 yaş üzərində də nəticələr eynilə digər qrupdakı kimidir. Seçdiyimiz şəxslər hansısa risk qrupuna aid olan şəxslər deyil.  ABŞ-ın FDA qurumu tərəfindən təsdiq edilmiş testlərdən laboratoriyalarda istifadə olunacaq. Bu testlərin spesifikliyi ondadır ki, yanlışlıq dərəcəsi çox aşağıdır, həssaslığı isə 90-96 faiz arasındadır. İstifadə olunan testlər Almaniya istehsalıdır. Etibarlı nəticələr əldə ediləcək.  Seroloji test adı verilən anticism testi qan analizi götürülən şəxsdə viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülalların yaranıb-yaranmamasının, yaranıbsa da, miqdarının müəyyənləşdirilməsi prosesidir.

 

Oxunma sayı 6334