"Son hadisələrdən sonra bu təlimlərin keçirilməsi çox müsbət xarakter daşıyır"- ŞƏRH

10:56 05.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi Türkiyə və Azərbaycan ordularının birgə təlimi baş tutacaq. Son hadisələrədən sonra belə təlimlərin keçirilməsi düşmən ölkələr üçün nəyi ifadə edir? Bu barədə hafta.az-a danışan politoloq Nəzakət Məmmədova dedi ki, bu təlimlərin əhəmiyyəti böyükdür. Politoloqun fikrincə, kənar qüvvələr bilməlidir ki, Türkiyə və Azərbaycan əməkdaşlıq edirlər, hansısa təhlükə olanda onlar eyni mövqedən çıxış edəcəklər: "Bundan əlavə orduların formada saxlanılması, döyüş qabiliyyətinin inkişaf etdirilməsi deməkdir. Nəzər alsaq ki, Azərbaycan son günlər çox ağır təhlükələrlə üz-üzə qaldı. Burada Azərbaycanı müzakirə edən Türkiyə oldu. Aktiv hərbi dəstəyini təklif edən ölkə də Türkiyə oldu. Türkiyə ilə belə təlimlərin keçirilməsi çox yaxşı haldır. İran və Ermənistan və digər ölkələrin Türkiyədən çəkinməsi özü də yaxşı haldır. İran gəmiləri bir neçə il öncə xəzərdə əməliyyatlar həyata keçirmişdi. Türk şahinlərinin Bakı səmasındakı o manevrləri İrana qarşı bir mesaj idi. Dediyimiz ki, bu kimi təlimlərin iki əhəmiyyəti ola bilər: Birincisi düşmən ölkələrə mesaj kimi. İkincisi isə ordunun döyüş qabiliyyətinin artırılması üçündür. Son hadisələrdən sonra bu təlimlərin keçirilməsi çox müsbət xarakter daşıyır".

Oxunma sayı 3286
Siyasət rubrikasından digər xəbərlər