"Türkiyə əsgəri Qarabağda olmamalıdır" bəyanatı etirazla qarşılandı - SORĞU

13:35 04.12.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan 44 günülük Vətən Müharibəsini  qələbə ilə başa vurdu. İşğalda olan bir neçə rayon üçtərəfli razılaşmaya əsasən diplomatik rakusda azad edildi.  Bu gün də Azərbaycanın  ərazi suverenliyinin tam təmin olunması prosesi regionda yerləşən Rusiya sülhməramlı missiyanın iştirakı ilə davam etdirilir. Qarabağda erməni işğalına qarşı aparılan mübarizədə qardaş Türkiyənin danılmaz dəstəyi var və bu, birmənalı olaraq hər dəfə yüksək səviyyələrdə qeyd olunub.  Azərbaycan ictimaiyyəti Qarabağda erməni havadarlarının ölkəmiz üçün təhlükəli gedişlərinin qarşısının alınmasını məhz  Türkiyənin regiona gəlişi ilə mümkün hesab edir və bu məsələyə həssaslıq göstərirlər.

Belə həssas məqamda bəzən səsləndirilən fikirlər ciddi emosiyalara səbəb olur. Sosial şəbəkələrdə bu gün millət vəkili Rasim Musabətovun Rusiyanın NTV kanalına müsahibəsində Türkiyə sülhməramlılarının Dağlıq Qarabağda olması ilə bağlı fikirləri ciddi tənqid edilir. Millət vəkili sonradan facebook səhifəsində əvvəl söylədiyi fikirlərin mahiyyətini izah etməya çalışsa da, artıq mənfi rəy formalaşıb.   

Hafta.az  da məsələ ilə bağlı ictimai-siyasi təşkilatların rəyini öyrənib.

MCP sədr müavini Məhəmməd Əsədullazadə bildirib ki, Rasim Musabəyov politoloq kimi uğursuz, müsahibə verib. Rasim Musabəyov kəskinlikə qınanmalı və bağışlanmamalıdır. “Onun "Türkiyə əsgərinin Qarabağda olmamalıdır"- açıqlaması Azərbaycan dövlətinin siyasətinə, prezident İlham Əliyevin xəttinə qarşı gəlməkdir. Çünki Azərbaycan prezidenti çalışır ki, Türkiyə əsgəri Qarabağda olsun və orada birgə sülhməramlı missiyada yer alsın”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, hansısa politoloqun, yaxud cəmiyyətə tanınmış simalar kimi təqdim olunanların "Qarabağda Türkiyə qoşunları olmamalıdır" fikrini dövriyyə buraxmaq təhlükəlidir.

“Onlar erməni və rus marağına xidmət edənlərdir, Azərbaycanın müstəqi dövlətcilik tarixini bilməyənlərdir.  Son Qarabağ savaşında “bütün dövləti imkanlarımız Azərbaycanındır” deyib , sinəsini beynəlxalq güclərin önündə sipər edən Türkiyəyə qarşı bu cür münasibət qəbulolunmazdır. Milli Məclis Rasim Musabəyova töhmət verməlidir” .

MMP sədri Hafiz Hacıyev bildirib ki,  Türkiyə bizim qardaşımızdır:

“ Türkiyə  bu 45 günlük müharibədə Ali Baş Komandanı tək qoymadılar. Ən yüksək səviyyələrdə çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırdılar. Hər an Azərbayacanın yanında olduqlarını bəyan elədilər. Bu münasibətdən sonra bir deputatın çıxıb hansısa rus kanalına belə bir söz deməsi başadüşülən deyil. Prezidentin Türkiyə ilə bağlı mövqeyi bəllidir. Türkiyə ilə Azərbaycan “bir millət, iki dövlət, qardaşlıq” prinsipi ilə hərəkət edir”.

Millət vəkili Razi Nurullayev  həmkarı Rasim Musabəyovun məlum fikirləri ilə tam tanış olmadığına görə özünün Türk Ordusu ilə bağlı düşüncələrini bildirb.  Millət vəkili Türkiyəni bir vətən, bir Azərbaycan qədər sevdiyini dilə gətirib.

“Mənim üçün  Türkiyə ilə Azərbaycan arasında heç bir fərq yoxdur. Mən  Türkiyəyə etibar edir, ona bir qardaş ölkə kimi baxıram. Türkiyədə bir futbol komandası uğur qazananda, bir zəfər bayramı olanda, Türkiyədə xoş bir hadisə olanda  onlarla bərabər eyni hissləri yaşayıram. Bütövlükdə Azərbaycan xalqı bu hisslərii yaşayır. Bilirəm ki, Türkiyə xalqı da Azərbaycanın sevincinə sevinir, kədərinə kədərlənir.  Biz çox yaxın dövlətlərik. Ona görə də Azərbaycana gələn Türkiyə Ordusunu yadelli əsgər kimi görə bilmərəm. O əsgər mənim öz əsgərimdir. Türk əsgərinin Azərbaycanda olmasına yalnız sevinərəm. Türkiyə regionda stabilləşdirici rola malik olduğuna görə bu, Azərbayacanın maraqlarına uyğundur. Türk əsgərinin Azərbaycanda olması Türkiyənin regionda apardığı siyasətə, həm də qlobal aləmdə oynadığı rolda stabilləşdirici və möhkəmləlndirici  bir faktor kimi kömək edə bilər”.

Türk ordusunun Qarabağda olması ilə bağlı kimlərdəsə yarana biləcək narahatlığa gəlincə, R.Nurullayev  bunu cəfəngiyyat hesab edib. “Azərbaycan heç bir zaman başqa  ölkəlrin torpağına göz dikməyib, heç bir dövlətin torpağını zəbt etməyib.  Kifayət qədər tarixi əsasları olsa da, heç vaxt Ermənistana qarşı torpaq iddiası irəli sürməyib. Azəraycan götürdüyü bütün öhdəlikləri yerinə yetirib və bu gün Ermənistan üçün təhlükə törətmir. Lakin Azərbaycan qanunlarını pozmağa, cinayətlər törətməyə cəhd edərlərsə, elə rüşeyimindəcə məhv ediləcəklər. Qarabağa gələn Türkiyə qoşunlarına narazılıq etmələrinə, narahat olmalarına gəlincə, Ermənistan qələt edir, başımnı böyük daşa döyr.  Azərbaycan suveren ölkədir və ərazisində harda istəsə ordu saxlamaq hüququdur. Ermənistan bu msılələrə qarışmaqla səhvə yol verir”.

R.Nurullayev bir millət vəkilinin belə bir ifadə işlətməsinə inana bilmədiyini deyib.  “Biz, millət vəkilləri olaraq dövlətçiliyin bir qoluyuq. Ali Baş Komandan öz  fikirlərini tezislər şəklində xalqa çatdırıb. Bu tezislər artıq bizim siyasətin xəttini müəyyən edir. Azərbaycan xalqının çoxluğu İlham Əliyevin fikirləri ilə razıdır, onu dəstəkləyir. Demək ki, Prezident xalqın istədiyini deyib.  Xalqın istəyindən kənar fərqli bir fikir söyləmək, məncə doğru deyil, qəbul oluna bilməz”.

ALDP sədri  Fuad Əliyev  bildirib ki, Rasim Musabəyovun politoloq kimi verdiyi açıqlamalar, proqnozlar heç biri doğru çıxmayıb. Niyə Rusiyanın NTV kanalı məhz onu seçib? Bu sualın cavabını axtarmaq lazımdır. Dövlət başçısı İlham Əliyev, Vətən-İkinci Qarabağ müharibəsi başlayan gündən qardaş Türkiyənin bizə verdiyi siyasi və mənəvi dəstəyini, Türkiyə sülhməramlıların iştrakının vacibliyini hər dəfə öz çıxışlarında qeyd edirdi. Bəli, biz Vətən müharibəsində Qələbəmizi Şəhidlərin cani və qanı hesabına qazandıq. Amma qardaş Türkiyə, Pakistan, İsrail və digər dost ölkələrin siyasi-mənəvi dəstəyi bizi daha da ruhlandırırdı. Biz haqq yolumuzda tək qalmadıq. Türkiyə sülhməramlıları Qarabağ bölgəsinə gələcəklər və Rusiya sülhməramlıları ilə birgə monitoring aparacaqlar. Bu məsələ artıq həll olunub”.

Oxunma sayı 1385
Siyasət rubrikasından digər xəbərlər