"Ukrayna açıq şəkildə anti-Ermənistan dövlətinə çevrilib"

13:20 17.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Ukrayna bir daha Ermənistana qarşı xoşagəlməz münasibət göstərdi".

Hafta.az-ın xəbərinə görə, bu sözlər armenianreport.com saytında dərc edilən "Ukraynadakı siyasi qəribəliklər: Kiyev Bakının strateji tərəfdaşları yazılıb" başlıqlı məqalədə deyilir. Yazılır ki, Ukrayna Prezidenti Vladimir Zelenski, yeni milli təhlükəsizlik strategiyasının təsdiq edilməsi haqqında fərman imzalayıb. Ukrayna Prezidenti Aparatının saytında da bildirildiyi kimi, Azərbaycan strategiyada Ukraynanın strateji tərəfdaşı kimi qeyd olunur. Daha konkret desək, sənədin 36-cı bəndində Azərbaycan, Türkiyə, Gürcüstan və Litvanın Ukraynanın strateji tərəfdaşları olduğu bildirilir.

"Gözlənilməz bir şeyin baş verdiyini söyləmək olmaz. Səmimi olmaq üçün Kiyevlə Bakı arasında ənənəvi olaraq isti münasibətlərin olduğunu etiraf edirik. Xüsusilə Azərbaycanda, Qarabağ müharibəsində tərəflərində vuruşan və həlak olan ukraynalı legionerləri tez-tez xatırlamağı sevirlər. Onlardan bziləri hətta Azərbaycanın Milli Qəhrəmanlarına qədər yüksəldilib", - deyilir məqalədə.

Sayt yazır ki, bununla birlikdə, ölkələr arasındakı münasibətlərdə bir zamanlar çətin dövr olub. Bu, prezident seçkilərindəki qələbəsi üçün Bakıdan Viktor Yanukoviçə rəsmi bir təbrik gəldikdən sonra baş verdi. Sonra hər şey Viktor Yuşşenkonun hakimiyyətə gəlməsi ilə - Narıncı İnqilabla sona çatdı. Hansı ki, Musavat Partiyası və özəlliklə də sədri İsa Qəmbər onların müttəfiqi idi.

"Bütün bu şərtlər ölkələr arasındakı münasibətlərdə kifayət qədər soyuqluğa səbəb oldu və bu, GUAM-a da mənfi təsirini göstərdi. Lakin sonradan hər şey, hansısa sehrli bir şəkildə həll edildi. Yuşşenko nəinki Bakıda tez-tez qonaq olur, həm də Azərbaycanın açıq təbliğatçısına çevrilirdi. Bəli, bu gün Ukraynada kulon-rəhbər var, o, son vaxtlaradək korporativ məclislərdə oliqarxların ruhunu oxşayırdı və indi özünü siyasətçi kimi göstərir. Ukraynalıların 73 faizinin ona səs verdiyini demək təəccüblüdür. Bu kulon əslində hakimiyyəti özündə saxlayır, çünki Ukraynada yeganə səmərəli işləyən nazir Arsen Avakov kimi kadr var. Rəhbərlik etdiyi Ukrayna Daxili İşlər Nazirliyi bu ölkənin varlığının qarantı oldu. Ancaq Zelenski bunu başa düşə bilmir. Səhvdən sonra səhv edir. Reytinqi uçuruma yuvarlanır və artıq onun haqqında komik bir söyüş mahnısı yazılıb" deyilən məqalədə əlavə olaraq qeyd olunur ki, indi Ukraynada "Xalqın xidmətçisi" fraksiyasından Aleksandr Yurçenko adlı millət vəkili ilə bağlı qalmaqal yaranıb. Ondan, məişət tullantılarına dair qanun layihəsinə lobbiçilik etdiyi üçün rüşvət almaqda şübhə edilir. 

Məqalədə bildirilir ki, Ukraynada ermənilərə qarşı soyuq davranılır və bu gün bütün siyasi elita Ermənistana qarşı çıxır və Azərbaycan - Türkiyə birliyinə tərəf yönəlib. "Yəqin bu münasibətə, Zelenskinin, hətta sənətdə olduğu vaxtlarda, Bakı küçələrində gəzintilərinin təsiri olub" deyilən məqalədə yazılır ki, Zelinski rəsmi səfərlə Bakıya getdi, amma İrəvana gəlmədi. Balans qurulmadı və Ukrayna açıq şəkildə anti-Ermənistan dövlətinə çevrildi. "Bu isə çox narahatverici gedişdir. Xüsusilə daha yüksək səslənən Azərbaycan-Türkiyə qılıncının şaqqıltılarını nəzərə alsaq. Anlaşılmalıdır ki, Ukrayna da bu hərbi ittifaqa açıq şəkildə qoşulub", - məqalədə yazılır.

Məqalə bu sonluqla bitir: "Həmin anti-Ermənistan ittifaqda Gürcüstan da var. Eyni zamanda, avropalıların bütün anti-Rusiya təşəbbüslərini dəstəkləyən Litva  da. Moskva ilə Bakı arasında münasibətlər indi çox soyuqdur. Təəssüf ki, erməni hökuməti bu vəziyyətdən istifadə edə bilmir. Hnası ki, Azərbaycan anti-Rusiya hisslərini təbliğ edir. Üstəlik, bunun üçün ciddi mübahisələr də var. Hər halda vəziyyət qaranlıqdır...".

Oxunma sayı 3358
Siyasət rubrikasından digər xəbərlər