"Yaponiya-Azərbaycan dostluq ili" şüar yarışmasının qalibi bəlli olub

16:40 27.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın ölkəmizdəki səfirliyinin keçirdiyi "Yaponiya-Azərbaycan dostluq ili" üçün şüar yarışmasına 60-dan çox müraciət olunub, çox sayda maraqlı fikirlər paylaşılıb. Səfirlik həmin yarışmanın nəticələrini öz facebook səhifəsində izləyiciləri ilə bölüşüb. 

Hafta.az yazır ki, səfirlikdaxili və səhifənin izləyiciləri arasında keçirilmiş birgə səsvermə nəticəsində Ramazan Ağayevin təqdim etdiyi "Günəşimizi alovlandıraq!" şüarı qalib olub. Səfirlik qalibi təbrik edir, yarışda iştrirak etmiş bütün şəxslərə minnətdarlığını bildirib. Səfirlik bildirir ki, seçilmiş şüarda da qeyd olunduğu kimi, "2022-ci ili birgə canlandıraq, birgə alovlandıraq! "Dostluq ili" ilə bağlı bütün paylaşımlarda şüar kimi #günəşimizialovlandıraq hashtag şəklində istifadə ediləcək. 

Oxunma sayı 1693