10 nəfərlik toylara icazə verildi

15:15 09.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda keçiriləcək toylarda iştirakçı sayı 10 nəfərdən çox olmamalıdır.

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin qərarında bildirilib. Doğum günü, şənliklər və digər bu kimi kütləvi mərasimlərdə də iştirakçıların sayı maksimum 10 nəfər təşkil etməlidir. 

Qeyd edək ki, sabahdan Gürcüstanda açıq və qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qadağan olunacaq. 

Oxunma sayı 2289