12 yaşlı uşağın parçalanmış meyiti tapıldı

11:42 22.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuz rayonunda bir gün əvvəl itkin düşən azyaşlının meyiti tapılıb.

Hafta.az Trend-ə istinadən bildirir ki, hadisə mayın 21-də baş verib. Rayon sakini, 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədli yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Mayın 22-də səhər saatlarında onun meyiti yaşadığı ərazinin yaxınlığındakı meşədə aşkarlanıb. Azyaşlının meyiti parçalanmış vəziyyətdə tapılıb. İlkin ehtimala görə, meyit vəhşi heyvanlar tərəfindən parçalanıb.

Hazırda uşağın meyiti üzərində zorakılıq əlamətlərinin olub-olmadığı və qətl versiyası araşdırılır. Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.

09:39

Mayın 21-də Oğuz rayonunun Xaçmaz kəndində 12 yaşlı yeniyetmə itkin düşüb. 

Hafta.az APA-ya istinadən xəbər verir ki, kənd sakini, 2007-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədov bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay qırağına gedib və bir daha geri qayıtmayıb. 

Hadisə ilə bağlı polisə əlumat verilib. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri aparır. 

Oxunma sayı 248