15 saylı Birləşmiş Şəhər Xəstəxanasında “UZİ” aparatı olmasa da, həkim maaş alır  

21:29 22.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Suraxanı rayonunda əksər poliklinika və xəstəxanalarda “UZİ”aparatı yoxdur, olanı da ya işləmir, ya da endoskopiya aparatı ümumuyyətlə yoxdur.

Bu cür poliklinikalardan biri də Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən 15 saylı Birləşmiş Şəhər Xəstəxanasıdır. Qaraçuxur Suraxanı rayonunda ən böyük qəsəbələrdən biridir. Təəssüflər olsun ki, sözügedən xəstəxananın, ancaq poliklinika şöbəsi fəaliyyət göstərir. Xəstəxananın stansionar şöbələri yerləşən bina isə yararsız halda, qəzalı vəziyyətdə olduğuna görə bağlanıb, demək olar ki, işləmir. Sözügedən tibb müəssisəsində  endoskopiya şöbəsi ümumiyyətlə yoxdur, “UZİ” isə işləmir. Bu da  xəstələrin narazılığına gətirib çıxarır.

 Sakinlər şikayətlənirlər ki,  başqa xəstəxanalara getməyə maddi imkanları yoxdur: “Pasiyentlərin əksəriyyəti yaşlı adamlardı. Pandemiyadan qorxurlar.  Sözügedən xəstəxanada “UZİ” həkimi neçə illərdir ki, dekretə çıxdığına görə işə gəlmir. Onun yerinə müvəqqəti olaraq yarım ştat məbləğində rentgen həkimini təyin ediblər. Amma bu günə kimi “UZİ”kabineti  işləmir. Səbəb gətirirlər ki, ”UZİ” aparatı xarab olub, amma həkimlər “UZİ”yə görə dövlətdən maaş alırlar”.

 Sakinlər vurğuladılar ki,  dünyanı lərzəyə salmış COVİD-19 virusunun tüğyan etdiyi dövrdə, artıq hərbi çağırış başlanılıb. Onların sözlərinə görə, Suraxanı kimi böyük bir  rayon ərazisində “UZU” kabineti Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən 24 saylı Birləşmiş Şəhər Xəstəxanasında işləyir.  Yeni Günəşli qəsəbəsində isə təxminən, 80 mindən çox əhali yaşayır. Hərbi çağırışla əlaqədar olaraq  rayon üzrə bütün çağırışçılar məhz həmin xəstəxanaya gedib, “UZİ” müayinəsindən keçirlər. Eyni zamanda,  müayinəyə çoxlu sayda pasiyent də gəlir. “UZİ” həkimi, ancaq ilk növbədə, çağrışçıları “UZİ” müayinəsindən keçirir. Çağırışçılar çox olduğundan, həkim çatdıra bilmir. Onlar da bizim kimi saatlarla “UZİ” kabinetinin qabağında qalıb  gözləməli olurlar. Üstəlik, biz həmin xəstəxananın qeydiyyarında deyilik.  Bu da bizim üçün çətinlik törədir.  Tibbi sığortaya keçəndə biz sakinlər üçün daha çətin olacaq”.

Sakinlərin dediklərinə aydınlıq gətirmək üçün 15 saylı Birləşmiş Şəhər Xəstəxanasına üz tutduq. Xəstəxanada səliqə-sahman özünü göstərirdi. Koronavirus qaydalarına ciddi əməl edilirdi.  Girəcəkdə bir nəfər ağxalatlı qadın dayanıb, gələn xəstələrə nəzarət edirdi. Maskası olmayanları içəri buraxmırdılar. Girəcəkdə spirt məhlulu qoyulub. Gələn pasiyentlər əvvəlcə məhlulla əllərini dezinfeksiya edirlər. Hər kəsin aparatla temperaturu olçüləndən sonar içəri buraxılırdı. Həkim və tibb işçilərinin hamısı qoruyucu tibbi maskadan istifadə edir, ara məsafə gözlənilir , xəstələr isə tək-tək içəri buraxılırdı. 

Baş həkim Ramella Quliyeva  “Həftə içi”nə bildirdi ki, həqiqətən də “UZİ” aparatı işləmir: ”300 manat verib aparatı düzəltdirdik, yenidən xarab oldu. İki aydan çoxdur  işləmir.  “UZİ” həkimi Nigar xanım 4 ildən çoxdur ki, dekretdədir. Xəstələri rentgen həkimi Elçin Babayev “ÜZİ”də müayinədən  keçirir. Aparat işləmədiyindən, göstəriş vermişəm ki, may ayından onun yarım ştat əməhaqqısı  kəsilsin”.

 Həkim qeyd etdi ki, baş həkim işləyən müddətə qədər rəhbərlik etdiyi xəstəxanada kardioqrama aparatı da yox idi.  Səhiyyə Nazirliyindən xahiş etdikdən, sonra bizə təzə aparat verdilər. Rayonun üç qəsəbəsinin - Əmrican, Bülbülə və Yeni Günəşli qəsəbələrinin sakinləri gəlib bizdə kardioqrama olunurlar. Bu gün səhiyyə sistemində bir boşluq yaranıb. Bakı  Baş Səhiyyə İdarəsinin, demək olar ki, elə bir səlahiyyəti qalmayıb. Bu səbəbdən, avadanlıq ala bilmirik.  Kardioqrama aparatının  lentini öz cibimizin pulu ilə alırıq”.

Oxunma sayı 92
Sosial rubrikasından digər xəbərlər