24 saylı Birləşmiş Şəhər Xəstəxanasında Ulu Öndərin anım günü qeyd edilib

18:35 06.12.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi anım günü münasibətilə silsilə tədbirlər keçirilir. Belə tədbirlərin biri də  Yeni  Günəşli qəsəbəsində fəaliyyət göstərən 24 saylı Birləşmiş Şəhər Xəstəxanasında  baş tutdu. Tədbirin açılışında Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilidi. Daha sonra xəstəxananın baş həkimi Azər Məmmədov tədbiri açaraq, dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən danışdı.Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat veridi.

Həkim Qənbərli Fizzə Heydər Əliyevin bütün dövrlərdə əsl lider olduğunu və müstəqil Azərbaycan Dövlətinin qurucusu olduğunu söylədi: “Prezidentliyə başladığı ilk gündən  etibarən Azərbaycanda iqtisadi yüksəliş, elmi tərəqqi dövrü başladı.O, uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman deməyi, hansı addımı nə  vaxt atmağı zərgər dəqiqliyi ilə bacarırdı. Onun siyasəti milli maraq üzərində qurulmişdu. Ulu Öndər bilirdi ki, dövlətin qüdrəti, möhkəmliyi onun torpağının zəngin olması ilə bərabər, millətin sağlam olmasından asılıdır. Sağlam millət güclü dövlət deməkdir. Ona görə də Ulu Öndər səhiyyə sisteminə həmişə xüsusi qayğı, kömək göstərmişdir. 1994-1995-ci illərdə ilk olaraq immunlaşdırma kompaniyalarının keçirilməsinə göstəriş vermişdir. Qısa  zamanda  köhnə xəstəxanalar və poliklinikalarda təmir işləri başlanıldı. Regionlarda dünya standartlarına uyğun xəstəxanalar, diaqnostika mərkəzləri tikildi. Paytaxtda dünya səhiyyə təşkilatlarının tələblərinə cavab verən Respublika Perinatal Mərkəzi, Milli Onkologiya Mərkəzi, Elmi Cərrahiyyə İnstitutu, Travmatologiya Ortopediya İnstitutu, Zərifə Əliyeva adına Oftalmologiya İnstitutu, Talassemiya Mərkəzi, Tibb Universitetinin tədris klinikaları açıldı. Bu gün Azərbaycan  səhiyyəsi Ulu Öndərin qoyduğu yolla unkişaf edir”.  

Suraxanı RİH başçısının ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev çıxışında Heydər Əliyevin dünya səviyyəsində tanınan bir siyasətçi olduğunu söylədi. Vurğuladı  ki, onun həyatı iki – sovet məkanı və müstəqillik dövrlərini əhatə edir. Xatırladaq ki, 1969-cu  Azərbaycanda  aqrar-tikinti sahəsində  böyük yüksəliş baş verdi. Respublikamız 1 milyon ton pambıq, 2 milyon ton üzüm istehsal etdi. Sənaye sürətlə inkişaf etdi. Kondisoner, soyuducu, lampa  kimi iri, çoxlu sayda nəhəng zavod və fabriklər, saraylar  tikildi, qəsəbələr salındı. Azərbaycan hər bir sahədə inkişaf etdi. Sonra Heydər Əliyev Moskvaya  göndərildi və SSRİ  Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdı. O illərdə də Azərbaycan Ulu Öndərin həmişə diqqət mərkəzində olub.

1987-ci ildə Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra,  Qarabağda ermənilər baş qaldırdılar. 1988-ci ilin fevral ayının 28-nə keçən gecə  erməni Qriqoryan adlı erməni  casusu oz dəstəsi ilə Sumqayıt hadisəsini törətdi, 32  nəfər qətlə yetirildi. Qriqoryan öz dəstəsi ilə həbs edildi və cəzalarını çəkmək üçün Ermənistana verildi. Qısa bir vaxtda həmin o cinayətkarlar azad edildi.

1990-cı il 20 Yanvar faciəsi günü Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlir və həyatını risqə ataraq  xalqımızın haqq səsini və Sov.İKP MK-nın Baş katibi, SSRİ Ali Soveti RH-nin sədri Mixail Qorbaçovun  qaniçən cəllad olduğunu dünya ictimaiyyətinə bəyan edir. Yeti gəlmişkən qeyd edim ki, Ulu Öndər  Naxçıvan MR Ali Sovetinin sədri işlədiyi dövrlərdə ilk dəfə olaraq Azərbaycanın üçrəngli bayrağını qaldırdı. 1993-cü ildə xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə gələn Ulu Öndər  olkədə baç verən qardaş qırğınının, parçalanmanın qarşısını aldı.  1994-cü il sentyabrın 24-də Əsrin kontraktı umzalandı. Bununla da ölkəmizin təhlükəsizliyi təmin olundu və Azərbaycan sürətlə inkişaf etməyə başladı, dünya arenasında öz yerini tutdu.  Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına gətirib çıxartdı”.

 

Oxunma sayı 58