3 yaşlı uşaq valideynləri ilə gizlənpaç oynayarkən öldü - Günün təzadları

18:29 07.01.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ulyanovsk şəhərində üç yaşlı uşaq valideynləri ilə gizlənpaç oynayan zaman öldü.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə regionun prokurorluğundan məlumat veriblər.

Məlumata əsasən, uşaq valideynləri ilə gizlənpaç oynayan zaman transformer-çarpayıda gizlənib. Bir qədər vaxt keçdikdən sonra uşağın ölüsünü çarpayının içində tapıblar.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

 

İş adamının qızı atasının tapançasıyla özünü öldürdü

Türkiyədə Qazi Üniversitetinin Tibb Fakültəsi tələbəsi olan gənc qız evlərində intihar etdi.

Hafta.az xəbər verir ki, Milli.Az bu haqda “Haberler”ə istinadla məlumat yayıb. Nazlıcan G.-nın (19) bir müddətdir psixoloji problemlər yaşadığı bildirilir. O, Ankaradan ailəsinin yanına gələrək otağına keçib atasına məxsus tapanaça ilə ürəyindən atəş açıb.

Nazlıcanın atasının tanınmış iş adamı olduğu deyilir.

İstintaq başlayıb.

 

Tutuquşunun kömək istədiyini polisə xəbər verdi

ABŞ-ın Florida ştatında qadın qonşuluqdakı tutuquşuna kömək məqsədilə polisə zəng vurdu. Palm-Biç rayonunun sakini quşun dəfələrlə “buraxın məni” dediyini eşidib. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, polis hadisə yerinə gəlib. Ev sahibinin həyətdə avtomobilini təmir etdiyini görüb. İçəri daxil olanda isə tutuquşunun qaydasında olduqlarını görüblər. Ev sahibi bildirib ki, Rembo çoxdandır bu ifadəniu öyrənib. Tutuquşu hər imkan düşdükcə kimisə köməyə çağırır.

Keçən ilin noyabrında Niderlandın Utrext şəhərində tutuquşu sahibi ilə oğurluğa getmişdi. Hər ikisini hadisə yerində yaxalamışdılar. Sonradan qəfəs olmadığına görə tutuquşunu sahibi ilə eyni kameraya yerləşdirmişdilər.

 

 

Zooparkdakı şirlər falçılara vermək üçün kəsildi

Cənubi Afrikada şəhərlərin birində baş vermiş hadisə hər kəsi sarsıtdı.

Hafta.az xəbər verir ki, Trend-in məlumatına görə, zooparkda yaşayan 8 şir pəncələri və üzləri kəsilmiş halda tapılıb.

Şirlərdən yalnız bir bala xilas edilə bilib. Məlumata görə, heyvanların üz və pəncələri falçılara satılıb. Falçıların onlardan dərman yaratmaq üçün istifadə etdiyi deyilir.

Bu hadisədən sonra zoopark bir müddətlik bağlanıb.

 

Gömrükdə bağırsağında 51 metadon həbi keçirməyə cəhd edən saxlanıldı

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparıldı.

Hafta.az yazır ki, Dövlət Gömrük Komitəsindən (DGK) APA-ya verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf sellofana bükülü 4 ədəd bükümdə, ümumi çəkisi 64 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, çəkisi 13 qram olan ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin və 51 ədəd qəhvəyi rəngli, üzərində "M40" yazısı olan "metadon" adlı həblər aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na, metadon isə Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

 

İngilis kosmonavt yadplanetlilərin varlığını təsdiqlədi

Britaniyanın ilk qadın kosmonavtı Helen Şerman yadplanetlilərin insanlar arasında yaşadığını ehtimal etdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, yadplanetlilər haqqında fikirlərini qadın “Observer” jurnalına müsahibəsində bölüşüb.

“Kainatda milyardlarla ulduz var və burada mütləq müxtəlif növ həyat olmalıdır”, - deyə Şerman bildirib.

Onun fikrincə, yadplanetlilər insanlar arasında yaşayır, lakin fərqli maddələrdən ibarət olduqları üçün biz onları görə bilmirik.

 

Menecerlər “Qarabağ”ın futbolçusunu aldatdı

Azərbaycanlı futbolçu Famil Camalovu menecerlər aldatdı.

Hafta.az-ın yazdığına görə, Oxu.Az xəbər verir ki, I divizionda çıxış edən “Zaqatala” klubunun 21 yaşlı hücumameyilli yarımmüdafiəçi UEFA-nın tanıdığı Cənubi Kirpdə yox, yalnız Türkiyənin tanıdığı Şimali Kiprdə oynayacaq.

Halbuki meneceri onun Kiprin “AEL” klubunda oynayacağını bildirmişdi. I divizionda oynayan futbolçunun Kipr elitasında mübarizə aparan klubdan təklif alması isə heç inandırıcı gəlmirdi. Ancaq indi məlum olub ki, o aldadılıb.

Gənc futbolçu Cənubi Kiprdə yox, UEFA-nın tanımadığı Şimali Kiprdə oynayacaq.

Qeyd edək ki, Moskva doğumlu, 21 yaşadək millimizin üzvü Famil Camalov müqavilə ilə “Qarabağ”a məxsusdur.

Oxunma sayı