50 yaşlı həkim Ərdoğan dünyaya üçəm gətirdi - Günün təzadları

18:15 20.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə 50 yaşlı qadın üçəm dünyaya gətirdi. Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, “Haber7”nin məlumatına görə, doqquz il süni mayalanma etdirən Aylin Ərdoğan 50 yaşında üçəm anası olub. Aylin və Ertan Ərdoğan cütlüyü övladlarının adlarını Tardu, Tansu və Tanyu qoyublar. Həkim olan A.Ərdoğan ana olmaq istəyən hər bir qadının arzusuna çatacağına inandığını deyib.

 

Parisdə 700  uşağın küçələrdə gecələdiyi bilindi

Dünyanın 6-cı iqtisadi gücü olan, uşaq hüquqları üzrə beynəlxalq konvensiyanı imzalayan Fransanın paytaxtı Parisdə hər axşam 700 uşağın küçələrdə gecələdiyi bəlli oldu. Hafta.az-ın yazdığına  görə, AZƏRTAC xəbər verir ki, bu barədə sosial sahədə fəaliyyət göstərən 12-yə qədər assosiasiya məlumat yayıb. Ölkədə qadınların və uşaqların vəziyyəti getdikcə daha da pisləşir. Həmrəylik aktyorları üzrə Federasiya, Abbe-Pierre Fondu, “UNİCEF France” və sair kimi qurumlar ölkədə minlərlə uşağın küçələrdə və ya çox acınacaqlı vəziyyətdə olan sığınacaqlarda yaşaması ilə bağlı həyəcan təbili çalıb. Ümumiyyətlə, Fransada sığınacaq çatışmazlığı səbəbindən 221 mindən çox insanın küçələrdə gecələdiyi qeyd olunub.

 

Bakıda avtobus əks istiqamətdə və qırmızı işıqda hərəkət etdi

Paytaxtda qaydaları kobud şəkildə pozan daha bir avtobus sürücüsü kameraya düşdü. Hafta.az-ın yazdığına görə, "Report" xəbər verir ki, hadisə dekabrın 19-u, saat 11:43 radələrində Sadıqcan küçəsi ilə Zığ şosesinin kəşisməsində baş verib. “10-TG-381” dövlət nömrə nişanlı, 12 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan avtobusun sürücüsü əvvəlcə əks istiqamətə çıxıb. Daha sonra bir qədər işıqforda dayansa da, yaşıl işığın yanmasını gözləməyərək hərəkətini davam etdirib.

Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini ardıcıl olaraq pozub. Video-kadrlar internetdə yayılıb.

 

Qadın küçədə siqnal verdiyi üçün döyüldü

Türkiyənin İstanbul şəhərində qadını siqnal verdiyi üçün döydülər. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki,  “Haber Global”ın məlumatına görə, Eyüpsultan ərazisində həkim olan Ş.A. siqnal verdiyi üçün bir sürücü onunla mübahisə edib. Daha sonra həmin şəxs qadını döyüb. Digər sürücülərin müdaxiləsi nəticəsində oradan uzaqlaşan sürücü H.H.B. saxlanılıb. O, zərurət olmadan yolun hərəkət hissəsində maşını saxladığı üçün 108 lirə (31 AZN) cərimə olunub. Hazırda polisin nəzarətində saxlanılan şəxs həbs edilməsi tələbi ilə məhkəmə önünə çıxarılacaq.

 

Top əvəzinə müdafiəçinin başını nişan aldı

Portuqaliya Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan “Portu” – “Santa Clara” qarşılaşması zamanı xoşagəlməz qayda pozuntusu qeydə alındı. Hafta.az xəbər verir ki,  Oxu.az-ın  Life.ru-ya istinadla yaydığı  məlumata görə, Moskva “Spartak”ın keçmiş oyunçusu, hazırda “Portu” klubunun şərəfini qoruyan Ze Luis oyun epizodunun birində ayağı ilə rəqibinin başına zərbə endirib. Hakim hücumçunu sarı vərəqə ilə cəzalandırıb. Zədə alan oyunçu Nene isə meydanı xərəkdə tərk edib.Zədədən dərhal sonra huşunu itirən futbolçu xəstəxanaya çatdırılıb. Xoşbəxtlikdən ciddi zədə almayan müdafiəçi səhəri gün evə buraxılıb.

 

Polisdən qaçarkən aeroportun yük yerinə girdi

Polis təqibindən qaçmağa çalışan 40 yaşlı Xuan Monsivis saatda 120 km/sürətlə idarə etdiyi “GMC Sierra” avtomobilini Florida ştatında Sarasota-Bradenton aeroportunun hasarına çırpıb, oradan isə baqajların alınması sahəsinə girdi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, hava limanının ərazisinə quraşdırılmış kameralar ekstremal anı qeydə alıblar. Bu barədə “Fox-5” məlumat  yayıb.

 

Oxunma sayı