İbrahimoviçin heykəlinin yeri dəyişdirilir

12:08 18.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Milan"ın hücumçusu Zlatan İbrahimoviçin Malmö şəhərindəki heykəlinin yeri dəyişdiriləcək. Hafta.az xəbər verir ki, heykəlin köçürülməsinə səbəb, onun bir neçə dəfə vandalizmə məruz qalmasıdır. Malmö bələdiyyəsi heykəlin yerinin dəyişdirilməsi üçün "Malmö" klubunun icraçı direktoru Niklas Karlnenlə müzakirəyə başlayıb.

İbrahimoviçin keçmiş klubu "Malmö"nün stadionu yaxınlığındakı heykəli bir neçə dəfə vandalizmə məruz qalıb. Buna səbəb, İbrahimoviçin İsveçin digər klubu "Hammarby"nin səhmlərinin bir hissəsini alması olub.

Oxunma sayı 204