İki taekvondoçumuz Moskva Qran-Prisində medal qazanıb

20:40 07.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskvada keçirilən Qran-Pri turnirinin final mərhələsində iştirak edən Azərbaycanın üç taekvondoçusundan ikisi medal qazanıb.

Hafta.az xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani braziliyalı Migel Martinsa və özbəkistanlı Nikita Rafaloviça qalib gələrək finala vəsiqə qazanıb. O, həlledici döyüşdə Rusiya təmsilçisi Maksim Kramtçova uduzaraq turniri gümüş medalla başa vurub.

Radik İsayev (80 kq yuxarı) isə bürünc medalla kifayətlənib. Digər idmançımız Cavad Ağayev (68 kq) ilk döyüşündə britaniyalı Bredli Sindenə məğlub olaraq yarışı erkən tərk edib.

Xatırladaq ki, 42 ölkədən 128 taekvondoçunun qatıldığı yarışda fəxri kürsünün ilk pilləsində yer alan idmançı aktivinə 80 xal yazdırır. İkinci yeri tutan 48, üçüncü yerə sahib olan idmançı isə hesabına 28,8 reytinq xalı əlavə edir.