İndiyədək TANAP-la göndərilən təbii qazın həcmi açıqlanıb

12:36 21.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvar-aprel aylarında TANAP boru kəməri ilə Türkiyəyə 1,3 milyard kubmetr təbii qaz nəql edilib.

Energetika Nazirliyindən hafta.az-a bildirilib ki, istismara veriləndən bu il mayın 1-dək isə TANAP-la Türkiyəyə 5,1 milyard kubmetrdən çox qaz nəql edilib.

Qeyd edək ki, 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri ötən il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-la bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP boru kəmərinin ikinci fazası isə keçən il noyabrın 30-da istifadəyə verilib.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Oxunma sayı 263
İqtisadiyyat rubrikasından digər xəbərlər