İnfrastruktur şəraitimizin yaxşılaşdırılmasına görə Sizə dərin minnətdarlığımızı bildiririk - Ağdaş sakinləri Prezidentə minnətdardır

11:14 16.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident,

Ağdaşın Yuxarı Nemətabad kəndinin sakinləri adından infrastruktur şəraitimizin yaxşılaşdırılmasına görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizin diqqət və qayğınız sayəsində içməli su, yol problemimiz həll edildi. Artıq sakinlərimiz nəqliyyat vasitələri ilə əziyyət çəkmədən istədikləri yerə gedə bilir, içməli sudan öz qapılarında istifadə edirlər.

Sizin əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə atdığınız addımlar bizi sözün həqiqi mənasında, sevindirdi və daha rahat yaşayış bəxş etdi. Buna görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Sağ olun, həmişə var olun!

Hörmətlə,

Mahmudov Əli Əbdürəhim oğlu,

Yunusov Bayraməli Şəmi oğlu,

Əhmədov Faiq Şavəddin oğlu,

Bəkirova Göyçək Mustafa qızı.

Azərbaycan Respublikası, Ağdaş rayonu, Yuxarı Nemətabad kəndi.

Oxunma sayı 992
Sosial rubrikasından digər xəbərlər