İngiltərə Premyer Liqasının təqvimi müəyyənləşib

16:48 05.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərə Premyer Liqasında mövsümün qalan turlarının təqvimi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, liqanın təşkilatçıları bərpadan sonrakı ilk 3 turun cədvəlini açıqlayıb.

Koronavirus pandemiyası səbəbindən martda dayandırılan Premyer Liqa iyunun 17-də keçiriləcək 2 oyunla davam etdiriləcək. Həmin gün XXVIII turdan təxirə salınmış “Aston Villa” - “Şeffild Yunayted” və “Mançester Siti” - “Arsenal” qarşılaşması olacaq.

XXX, XXXI və XXXII turların matçları isə 19 iyun – 2 iyul tarixləri aralığında baş tutacaq.

Oxunma sayı 1664