İnsanlar həftəsonu ərzaq ehtiyyatı üçün yenə marketlərə üz tutdular - REPORTAJ

13:55 03.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Həftə sonu ölkəmiz yenidən sərt karantin rejimini yaşayacaq. Bakı şəhərində o cümlədən Operativ Qərargahın qərarı ilə bir neçə rayonda sərt kartin rejimi ilə əlaqədar ictimai nəqliyyat da işini dayandıracaq.

Bakı sakinləri yenə bu xəbərdən sonra marketlərə üz tutublar. Kimisi çörək, kimisi yağ, makaron alır. İki gün üçün bu qədər insanın marketlərə axın etməsi virusa yoluxma riskini birə-beş artırır.

Vəziyyəti daha yaxşı görmək üçün şəhərin bir neçə marketlərində olduq. Vəziyyət eynidir: xəbəri eşidənlər səhər açılar-açılmaz özlərini marketə çatdırıblar.

Yaxşıdır ki, marketlərin girişində insanları tək-tək buraxırlar. Amma həqiqət budur ki, insanlar özləri virusa yoluxmaq üçün can atırlar.

Makaron, çörək, yağ bolluğu.... Bu gün də ənənə pozulmadı. Sakinlər koronavirusdan qaçıb koronavirusa yoluxma eşqini yaşadılar.

Elə bu sualı özlərindən sə soruşmaq istədik. Aqressiv olsalar da cavab verənlər də axır oldu.

- İki günlük ərzaq ehtiyyatı üçün marketlərə üz tutmaq sizcə təhlükəli deyilmi?

- İki gün bəs nə yeyək? Heç yerə gedə bilməyəcəyik. 

Nə deyək, bu dəfəki həftəsonları evdə oturmaq xəstəliyə yoluxanların sayında azalma ilə müşahidə olunar.

Rahim bəy deyir ki, ikigünlük karantin böyük müddət deyil: "İnsanlar sanki bir-birinin təsirində hərəkət edirlər. Bu nəyə lazımdı. Bu qədər adam şəhərə çıxıb, marketə daxil olursa, elə yoluxma da artacaq".

 

Oxunma sayı 1810
Sosial rubrikasından digər xəbərlər