İran səfirliyinin mətbuat katibi AzTV-nin mərhum müxbiri üçün başsağlığı verib

16:01 03.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat şöbəsinin müdiri Seyid Əli Musəvi AzTV-nin baş redaktoru Etibar Babayevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Hafta.az-a daxil olan başsağlığı mətnində belə deyilir: "Biz Allahdanıq və Ona tərəf qayıdacağıq. Böyük təəssüf və kədər hissi ilə xəbər aldıq ki, mətbuat həmkarımız Etibar Babayev vəfat edib. Bu ağrılı xəbər ilə bağlı Azərbaycan Respublikasındakı bütün media üzvlərinə başsağlığı verir və Uca Tanrıdan ona rəhmət diləyirəm. Başsağlığı dəniz qədər böyük kədər qarşısında yalnız bir damladır, ancaq Allahın yazdığı alın yazısı ilə barışmaqdan başqa çarə yoxdur. Bu əziz insanın və Azərbaycan Respublikasının 17 peşəkar jurnalistinin qəfil ölümü hamımıza dünyanın qeyri-sabitliyini xatırladır. Bir daha özümün və bu səfirlikdəki bütün həmkarlarımın adından media mənsublarına və mərhumun yaxınlarına başsağlığı verir, dost və qardaş ölkə Azərbaycan Respublikasının xalqına Uca Tanrıdan cansağlığı, izzət və başucalığı diləyirəm. Allah bütün ölən müsəlmanlara rəhmət eləsin". 

Oxunma sayı 2542
Siyasət rubrikasından digər xəbərlər