İranda bu gündən ictimai distansiya başlanır

14:25 07.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda koronavirusla əlaqədar bu gündən (7 aprel) smart şəkildə ictimai məsafənin saxlanılması planı icra olunur.

Hafta.az-ın məlumatına görə, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki deyib. Onun sözlərinə görə, koronavirusun yayılmaması üçün ictimai məsafə minimum 1 metr olmalıdır. İctimai distansiya İranda bu virus olduğu müddətədək davam edəcək:

"İranda koronavirus elə bir səviyyədə yayılıb ki, nə vaxt normal həyata qayıtmağın mümkün olduğunu söyləmək olmaz. Dəqiq araşdırmalar göstərir ki, ictimai distansiya koronavirusun yayılmasında effektivdir və yoluxmanı 95%-dən çox azaldır".

Nəməki bildirib ki, İranda ilk mərhələdə virusun simptomları olan şəxslər müəyyənləşdirilirdi. Növbəti mərhələdə isə simptomları olmadan virus daşıyıcısı olan şəxslər müəyyənləşdiriləcək. Bundan sonra İranda müxtəlif əmək fəaliyyətləri mərhələli şəkildə başlayacaq. Çünki vergilərin alınmaması, bununla yanaşı, subsidiyaların verilməsi digər sahələrə mənfi təsir göstərir.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (6 aprel) İranda 60 500 nəfərin koronavirusa yoluxduğunu, 3 739 nəfərin öldüyünü və 24 236 nəfərin sağaldığını təsdiqləyib.

Oxunma sayı 185
Dünya rubrikasından digər xəbərlər