İranda daha 127 nəfər koronavirusdan ölüb

14:47 09.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 127 nəfər COVID-19-dan ölüb.

Hafta.az xəbər verir ki, bu haqda İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 22669 nəfərə yüksəlib.

Sima Sadat Lar deyib ki, İranda ötən 24 saatda 2313 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 393425 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3735 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Oxunma sayı 2529