İranda koronavirusdan daha 127 nəfər öldü

15:48 23.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda yeni koronavirus (COVID19) daşıyıcılarının sayı 23 049 nәfәrә çatıb.

Bu barәdә hafta.az İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mәtbuat xidmәtinin rәhbәri K.Cahanpurun sözlərinə görə, ötәn 24 saat әrzindә İranda bu virusa 1 411 nəfәr yoluxub.

O әlavә edib ki, ötәn sutkada 127 nәfәrin bu virus nәticәsindә ölmәsi öz tәsdiqini tapıb. Belәliklә İranda koronavirusun yeni növünün yayılması nәticәsindә 1 812 nәfәr ölüb.

Nazirlik rәsmisi 8 376 nәfәrin müalicә olunaraq sağaldığını deyib.

Cahanpur bildirib ki, yoluxma halı üzrә yaşı orta hesabla 59, ölüm halı üzrә yaş isә 65-dir.