İranda koronavirusdan ölənlərin sayı artdı

15:48 11.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 63 nəfər yeni koronavirus (COVID-19) nəticəsində dünyasını dəyişib.

Bu barədə hafta.az İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verir.

Nazirliyin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpurun sözlərinə görə, İranda ümumilikdə bu virus nəticəsində ölənlərin sayı 354 nəfərə çatıb.

Nazirlik rəsmisi İranda yeni koronavirusa yoluxanların sayının 9 min nəfərə yüksəldiyini deyib.

Cahanpur əlavə edib ki, ötən sutka ərzində 958 nəfər bu virusa yoluxub. Ümumilikdə isə bu günə qədər 2 959 nəfər sağalıb.

Sıra

Vilayət adı

Yoluxma halı (nəfər)

1

Tehran

2 370

2

Qum

804

3

Gilan

529

4

İsfahan

788

5

Əlborz

384

6

Mazandaran

918

7

Mərkəzi

447

8

Qəzvin

284

9

Simnan

284

10

Gülüstan

188

11

Rəzəvi Xorasanı

256

12

Fars

170

13

Lorestan

185

14

Şərqi Azərbaycan

175

15

 

Xuzistan

127

16

Yəzd

150

17

Zəncan

99

18

Kürdüstan

84

19

Ərdəbil

92

20

Kirmanşah

59

21

Kirman

58

22

Həmədan

84

23

Sistan və Bəluçestan

44

24

Hörmüzqan

79

25

Cənubi Xorasan

66

26

Şimali Xorasan

45

27

Çahar-Mahal və Bəxtiyari

38

28

İlam

62

29

Qərbi Azərbaycan

100

30

Kohgiluyə və Buyir- Əhməd

11

31

Buşehr

18