İranda koronavirusdan sutka ərzində 221 nəfər ölüb

18:43 09.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda koronavirusa yoluxanların və ölənlərin sayı hər ötən gün daha da artır.

Son sutka ərzində 2079 nəfər virusa yoluxub, 221 nəfər isə vəfat edib. Bununla da yoluxanların ümumi sayı 250 min 458-ə, ölənlərin sayı isə 12 min 305 -ə çatıb. Eyni zamanda, xüsusi xəstəxanalarda müalicə alan 212 min 176 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiyada müalicəsi davam edən 3324 nəfərin vəziyyəti ağır olaraq qalır. Bu isə onu deməyə əsas verir ki, ölüm halları hələ bir müddət davam edəcək.

Mətbuat katibi nəzərə çatdırıb ki, İranın Şərqi və Qərbi Azərbaycan, Kürdüstan, Xorasan, Elam, Kirmanşah və Buşəhər vilayətlərində vəziyyət daha ağırdır.

Oxunma sayı 2867
Dünya rubrikasından digər xəbərlər