İranda koronavirusun üçüncü dalğasının başladığı elan edilib

22:39 20.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Tehran əyalətində yeni növ koronavirusun üçüncü dalğası başlayıb.

Hafta.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, virusun yayılmasına qarşı qərargahın rəhbəri Əlireza Zali deyib.

Ə.Zali bildirib:

"Son günlərin statistikası Tehranda artıq üçüncü dalğanın başladığını göstərir. İkinci dalğa ilə üçüncü dalğa arasındakı zaman məsafəsi çox qısa olub".

Onun sözlərinə görə, üçüncü dalğaya uyğun olaraq göstəricilərin artması müşahidə edilir:

"Biz Tehranda koronavirusun yayılmasına qarşı qərargah adından məhdudiyyətlərin geri qaytarılması üçün Səhiyyə nazirinə məktub göndərdik".

Oxunma sayı 1649