İspaniyanın ən yaşlı qadını koronavirusa qalib gəldi

16:06 13.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın ən yaşlı qadını hesab olunan 113 yaşlı Mariya Branyas koronavirusdan sağalıb.

Qadın, hələ mart ayında COVID-19-a yoluxub. Bir neçə həftə müalicədən sonra 113 yaşlı qadının tam sağaldığı elan olunub.

1907-ci ildə Meksikada anadan olmuş M.Branyas, Birinci Dünya müharibəsi dövründə İspaniyaya köçüb. Onun 3 övladı, 11 nəvəsi var.

Oxunma sayı 242