İsraildə üç nazir karantinə göndərilib

20:23 02.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrailin Ali Təhsil və Su Resursları naziri Zyeev Elkin, İcmanın İnkişafı və Gücləndirilməsi naziri Orli Levi-Abukasis və Din İşləri naziri Yakov Avitan həmkarları - Qüds İşləri üzrə nazir Rafi Peresdə koronavirus aşkarlandıqdan sonra karantinə göndəriliblər.

Hafta.az xəbər verir ki, bu barədə Yedioth Ahronoth nəşri məlumat yayıb. Peresin sosial şəbəkədə yazdığına görə, onun cümə günü verdiyi koronavirus testi pozitiv çıxıb.

Mayın sonlarından İsraildə yoluxma halları artmağa başlayıb. İyunun 6-da 160, iyunun 23-də 460, iyulun 2-də 1026, iyulun 9-da 1650, iyulun 31-də 1367 koronavirus xəstəsi aşkarlanıb.

İsrail Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi qaydalar mayın 27-dən qüvvədə qalır. Buraya 2 metr sosial məsafə saxlanması və evdən kənarda qoruyucu maska taxılması daxildir.

Oxunma sayı 2196